“25 xəstə vəfat edib”
Oktyabrın 31-də Azərbaycanda 2261 adam COVID-19 infeksiyasına yoluxub, 1805 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 25 xəstə vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 531 min 370 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 494 min 179 nəfər müalicə olunaraq sağalıb, 7 min 74 pasiyent ölüb. Aktiv xəstə sayı 30 min 117 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 697, bu günə qədər isə 5 milyon 195 min 536 testin icra olunduğu göstərilib.