Oktyabrda qiymətlər artıb

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz bahalaşıb

Source:


Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz bahalaşıb

Dövlət Statistika Komitəsinə görə, 2014-cü ilin oktyabr ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalanıb.

DSK-nın məlumatına görə, ötən ay ərzaq məhsullarının qiymətləri 0,6 faiz bahalanıb. Ay ərzində buğda ununun, manna yarmasının, peçenyenin, toyuq və əlavə toyuq məhsullarının, balıq məhsullarının, quru südün, yumurtanın, günəbaxan yağının, mərcinin və şəkər tozunun qiymətlərində bahalanma müşahidə edilib. Yumru düyünün, brınza pendirinin, almanın, armudun, narın, kələmin, göyərtinin, göy lobyanın, şirin bibərin, baş soğanın, şəkərin və müxtəlif içli şokoladlı konfetlərin qiymətlərində ucuzlaşma qeydə alınıb.

Oktyabr ayında konkret olaraq badımcanın istehsalçı qiymətləri 32,6 faiz, pomidorun 8,5 faiz, balqabağın 12,5 faiz, baş sarımsağın isə 8,4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, oktyabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz bahalaşıb. O cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri uyğun olaraq 3,0 və 3,1 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,2 faiz bahalaşıb.

Birillik bitkilərdən yaşıl lobyanın istehsalçı qiymətləri 15,2 faiz, xiyarın 0,6 faiz, yerkökünün istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşıb. Bununla yanaşı, buğdanın istehsalçı qiymətləri 4,1 faiz, arpanın 0,2 faiz, kartofun 0,7 faiz, kələmin 0,2 faiz, bibərin 0,9 faiz, göyərtinin 3,0 faiz, baş soğanın istehsalçı qiymətləri isə 1,0 faiz bahalaşıb.

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 7,6 faiz, xurmanın 1,1 faiz, narın istehsalçı qiymətləri 20,5 faiz bahalaşıb. Eyni zamanda limonun istehsalçı qiymətləri 0,4 faiz, almanın 9,4 faiz, armudun 4,1 faiz, zoğalın istehsalçı qiymətləri 9,4 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,2 və 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,9 faiz ucuzlaşıb. Həmçinin südün istehsalçı qiymətləri 2,8 faiz, yumurtanın 8,1 faiz, quş ətinin (diri çəkidə) 8,8 faiz, inəyin istehsalçı qiymətləri isə 3,7 faiz bahalaşıb.

DSK əməkdaşlarının müşahidəsinə görə, ötən ay qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə sabit qalıb.

Ana səhifəXəbərlərOktyabrda qiymətlər artıb