Oktay Əsədov: ”Avropa Parlamenti ilə soyuqluq yaranıb”

“Avropa Parlamenti tərəfindən ölkəmizə münasibətdə sərgilənən qərəzli və müəyyən maraqlara xidmət edən yanaşmalar münasibətlərdə soyuqluq yaradıb.”

Source:
Oktay Əsədov
Oktay Əsədov


Oktay Əsədov: Avropa Parlamenti tərəfindən ölkəmizə münasibətdə sərgilənən qərəzli və müəyyən maraqlara xidmət edən yanaşmalar münasibətlərdə soyuqluq yaradıb.

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar siyasi qrupunun üzvləri ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Oqtay Əsədov deyib ki, Azərbaycan Avropa İttifaqı və onun qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmətə əsaslanmalıdır. O bildirib ki, Milli Məclis də öz növbəsində bu istiqamətdə müəyyən addımlar atıb: “Lakin son dövrlər Avropa Parlamenti tərəfindən ölkəmizə münasibətdə sərgilənən qərəzli və müəyyən maraqlara xidmət edən yanaşmalar münasibətlərdə soyuqluq yaradıb. Avropa Parlamentinin üzvləri tərəfindən fərdi qaydada münasibətlərimizin nizamlanması və əlaqələrin bərpası cəhdləri təqdirəlayiqdir. Bu baxımdan təşkilatın Mühafizəkarlar və İslahatçılar siyasi qrupu üzvlərinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. İnanırıq ki, bu cür səfərlər ümumi məqsədlərə xidmət edir”.

Avropa Parlamentinin Mühafizəkarlar və İslahatçılar siyasi qrupunun prezidenti Yan Zahradil həm Avropa Parlamentinin deputatı, həm də rəhbərlik etdiyi qrupun siyasi rəhbəri qismində Azərbaycana gəldiyini söyləyib. Məqsəd Avropa Parlamenti ilə Azərbaycan, o cümlədən Milli Məclis arasındakı münasibətləri normal məcraya yönəltmək, münasibətləri bərpa etməkdir. O, deputat Qüdrət Həsənquliyevin başçılıq etdiyi Bütöv Azərbaycan Xalq Partiyasının sədri olduğu alyansla yaxşı münasibətləri olduğunu və bu qrupa tamhüquqlu üzv kimi daxil olduğunu qeyd edib. Eyni zamanda AŞPA kimi mötəbər qurumda da mühafizəkarlarla azərbaycanlı deputatlar arasında yaxşı əlaqələr olduğunu nəzərə çatdırıb.

Görüşdə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Avropa Parlamentinin vitse-prezidenti Rişar Çarnetski və digər şəxslər iştirak edib.

Ana səhifəXəbərlərOktay Əsədov: ”Avropa Parlamenti ilə soyuqluq yaranıb”