“Oksigen təchizatına ehtiyac olan pasiyentlər arasında itkilərimiz var”

“Tibb tələbələri olaraq biz də bu həssas günlərdə vətəndaşların rifahı və pandemiyanın fəsadlarının aradan qaldırılması üçün tam gücümüzlə çalışırıq və aidiyyəti qurumların məsələnin həlli üçün əlindən gələni edəcəyinə ümid edirik”, – bəyanat müəllifləri qeyd ediblər.

Source: google.az


Gələcəyin həkimləri FHN-in xəstəxanasında baş verən qəza ilə bağlı bəyanat yayıb

“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi (AzerMDS) Fövqəladə Hallar Nazirliyinin (FHN) modul tipli xəstəxanasında baş verən texniki qəza ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, dekabrın 16-dan 17-nə keçən gecə FHN-in modul tipli xəstəxanasında oksigen stansiyasında qəza baş verib:

“Təəssüf hissi ilə bildirməliyik ki, bu qəza nəticəsində xəstəxananın 16,17 və 20-ci korpuslarında müalicə alan və oksigen təchizatına ehtiyac olan pasiyentlər arasında itkilərimiz var”.

“Gələcək tibb işçiləri olaraq biz səhiyyə işçilərimizin və könüllü tələbə yoldaşlarımızın şəraitinə, o cümlədən hal-hazırda həmin xəstəxanada müalicə alan pasiyentlərin psixi sağlamlığına və müalicə şəraitinə həssas yanaşırıq. Bunun üçün aidiyyati qurumlardan:


  1. Məsələnin lazımi qaydada ictimailəşdirilməsini;

  2. Oksigen stansiyasındakı naraılığın səbəblərinin ictimaiyyətə açıq şəkildə araşdırılmasını;

  3. FHN modul tipli xəstəxanasınınn düzgün fəaliyyətinə cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsini;

  4. Bir daha belə halların təkrarlanmaması üçün həmin xəstəxanada və digər xəstəxanalarda texniki baxışın keçirilməsini tələb edirik.

Tibb tələbələri olaraq biz də bu həssas günlərdə vətəndaşların rifahı və pandemiyanın fəsadlarının aradan qaldırılması üçün tam gücümüzlə çalışırıq və aidiyyəti qurumların məsələnin həlli üçün əlindən gələni edəcəyinə ümid edirik”, – bəyanat müəllifləri qeyd ediblər.

"Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi (AzerMDS) 2005-ci ildə Azərbaycanda IFMSA-in (Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası) tərkibində təsis edilib. IFMSA (International Federation of Medical Students` Associations) bütün dünya tibb tələbələri assosiasiyalarının müstəqil, qeyri- hökumət və qeyri-siyasi federasiyasıdır. 126 ölkədən 136 milli təşkilat bu federasiyaya tamhüquqlu üzvdür və dünya üzrə 1.3 milyona yaxın tibb tələbləsini təmsil edir.

Sözügedən xəstəxanada çalışan tibb işçiləri faktı Meydan TV-yə təsdiqləsələr də, FHN-in mətbuat xidməti deyilənləri təkzib

edir

.

Nazirlik açıqlamasında deyir ki, modul tipli xəstəxanada hər hansı hadisə baş verməyib:

“Xəstəxanada ölümlə nəticələnən hər hansı qəza və ya partlayış hadisəsi baş verməyib. FHN media nümayəndələrini bu cür xəbərləri yayarkən həssaslıq nümayiş etdirməyə, cəmiyyətdə çaşqınlıq və təşviş yaratmamağa, məlumatları nazirliklə dəqiqləşdirməyə çağırır”.

İctimai fəal Təyyar Zülfüqarov isə öz “Facebook” səhifəsində yazıb ki, sözügedən xəstəxanada baş verən hadisə onun da ailəsinə faciə yaşadıb:

“Zığda xəstəxanada baş verən oksigen kəsilməsi nəticəsində bizim də ailəyə müsübət baş verib. Əmim oğlunun ömür-gün yoldaşı vəfat edib".

Səhiyyə Nazirliyinin adının açıqlanmasını istəməyən yetkilisi də faktı Meydan TV-yə təsdiqləyib.

Ana səhifəSosial“Oksigen təchizatına ehtiyac olan pasiyentlər arasında itkilərimiz var”