”Oğlumun heç bir günahı yoxdur” (VİDEO)


Özünü Mingəçevir şəhər Polis Bölməsinin 3-c mərtəbəsindən atdığı deyilən Bəhruz Dilsuz oğlu Hacıyevin meyidi hələ torpağa tapşırılmayıb.

Hazırda Mingəçevir şəhəri, Günəş küçəsi 25 ünvanda mərhumun yas mərasimi keçirilir.

Bəhruz Hacıyevin yaxınları onun intihar etdiyinə inanmadıqlarını deyirlər. Dilsuz Hacıyev də oğlunun intihar etməsinə inanmır. Atası oğlunun zorla polis bölməsinə aparıldığını deyir. Dilsuz Hacıyev deyir ki, oğlunun meyitini morqdan çətinliklə ala biliblər. Bəhruz Hacıyevin günahsız olduğunu deyən ata istintaqın gələcəyi nəticəni gözləyir.

Bəhruz Hacıyev avqustun 22-də torpağa tapşırılacaq. Ailəsi Rusiyada yaşayan qardaşı gəlməyincə onu dəfn etmək istəmir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bəhruz Hacıyev şübhəli çəxs qismində bölməyə gətirilib və o, qəflətən özünü pəncərədən atıb. Faktla bağlı cinayət işi açılıb.

Ana səhifəVideo”Oğlumun heç bir günahı yoxdur” (VİDEO)