“Oğlum damarlarını Gəncə 2 saylı İstintaq Təcridxanasında kəsib”

“Taleh Xasməmmədova saxlanıldığı andan etibarən evdən gələn yeməyi, dərmanları, təzə geyimləri verməyiblər və həkim çağırmayıblar”

Source:


“Taleh Xasməmmədova saxlanıldığı andan etibarən evdən gələn yeməyi, dərmanları, təzə geyimləri verməyiblər və həkim çağırmayıblar”

Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ağır vəziyyətdədir. Meydan TV-yə bu açıqlamanı Ədliyyə Nazirliyinin müalicə müəssisəsində oğluna baş çəkmiş məhbusun anası Gülbuta Xasməmmədova bildirib.

Gülbuta Xasməmmədova oğlunun 10 gün aclıq keçirdiyi və qanunsuz həbsinə etiraz əlaməti olaraq damarlarını kəsdiyi haqqında məlumatı təsdiq edib.

Məhbus anasının sözlərinə görə, oğlu qeyri-insani rəftardan şikayət edib. Belə ki, saxlanıldığı andan etibarən (20 gün) ona evdən gələn yeməyi, dərmanları, təzə geyim verməyiblər və həkim çağırmayıblar. O, saxlanıldığı geyimdə idi. T.Xasməmmədova bütün bu müddət ərzində bir dəfə olsun çimməyə nə icazə, nə də evə zəng etməyə imkan veriblər.

Gəncə istintaq təcridxanasında Xasməmmədov psixi cəhətdən qeyri-adekvat insanlarla birlikdə 6 nəfərlik kameraya yerləşdirilib.

10 gün əvvəl o, aclıq aksiyasına başlayıb və Maştağada psixiatriya xəstəxanasına aparılıb. Amma damarlarını Gəncə 2 saylı İstintaq Təcridxanasında kəsmişdi. Taleh iki gün əvvəl Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülüb.

Ananın sözlərinə görə, yalnız burada və KİV-də onun damarlarını kəsdiyi haqqında məlumat yayıldıqdan sonra onunla normal davranmağa başlayıblar.

Taleh 10 gündür yemək yemirdi və yalnız dünən bir qədər vafli yeyib, bundan sonra ayağında və əlində qıcolmalar başlayıb. Aclıq etdiyi günlərdə onunla maraqlanmayıblar və həkim çağırmayıblar.

G.Xasməmmədova ictimaiyyətdən və dövlətdən oğlunun ev dustaqlığına buraxılmasını xahiş edir. Taleh bu gün anası vasitəsilə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansına məktub göndərib, bu qurumdan kömək istəyir. Bu barədə Turan-a alyansın rəhbəri Oqtay Gülalıyev bildirib.

T.Xasməmmədov fevralın 24-də xuliqanlıq ittihamı ilə saxlanılıb və həbs edilib.

Penitensiar Xidmətdə şərh verməkdən imtina ediblər, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən isə şərh almaq mümkün olmayıb.

Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq-müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, əvvəllər də hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib, amma iki il əvvəl əfv olunub.

Ana səhifəXəbərlər“Oğlum damarlarını Gəncə 2 saylı İstintaq Təcridxanasında kəsib”