Oğlu ölən hakim mülki iddia qaldırdı

Zərərçəkmiş mənəvi ziyana görə əldə edəcəyi vəsaitlə Diplomatiya Akademiyasına dərs vəsaiti hazırlatdıracaq

Source:
Elbəyi Allahverdiyev foto sosial şəbəkə
Elbəyi Allahverdiyev foto sosial şəbəkə
Elbəyi Allahverdiyev foto sosial şəbəkə
Elbəyi Allahverdiyev foto sosial şəbəkə


Zərərçəkmiş mənəvi ziyana görə əldə edəcəyi vəsaitlə Diplomatiya Akademiyasına dərs vəsaiti hazırlatdıracaq

Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elbəyi Allahverdiyevin oğlunun ölümü ilə nəticələn yol qəzası törətməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət məhkəməsi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin nümayəndəsi Ceyhun Yusifov çıxış edib. O, dəymiş maddi və mənəvi ziyanla bağlı mülki iddia qaldırıb. Vəkil təqsirləndirilən şəxsdən 149 min manat tutulmasını istəyib: “Həmin məbləğin əlli faizi nevroloji uşaqların xəstəliklərinin müalicəsinə sərf olunacaq. Əli faizi isə Azərbaycan Diplomatiya Akademiyasına yol qaydaları barədə tədris vəsaitlərinin hazırlanması üçün veriləcək”.

Təqsirləndirilən şəxsin vəkili isə mülki iddianın baxılmamış saxlanılmasını istəyib. Hakim mülki iddianı cinayət işinin materillarına əlavə edib.

İclasda prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Rəhim Kərimov özünü təqsirli bilməyib:”Mən iki ali təhsili olan, həkim ailəsindən olan şəxsəm. Heç vaxt narkotik vasitə istifadə etməmişəm. Hadisə vaxtı oradan qaçmamışam. Bunlar kamera görüntülərində var. Götürüb mənə narkotik, hadisə yerindən qaçmaqla bağlı ittiham veriblər. Buna görə də danışmaqdan imtina edirəm”.

Onun vəkili ifadə verməkdən imtinanın protokola əlavə edilməsini istəsə də, hakim bunu təmin etməyib. Onun istintaq zamanı verdiyi ifadə elan edilib. İfadəsində deyib ki, nevroloji xəstəlikdən əziyyət çəkdiyi üçün psixotrop dərmanlardan müalicə üçün istifadə edib. Heç vaxt alkollu içki və narkotik istifadə etməyib. Hadisə yerindən qaçmayıb. Oraya gələn ölən şəxsi anası onu göstərərək “səni öldürəcəm” deyib.

Rüfət Allahverdiyev foto sosial şəbəkə
Rüfət Allahverdiyev foto sosial şəbəkə

İclasda zərərçəkmiş şəxs Nizami Abbasov ifadə verərək deyib ki, maşın ona məxsus olub, lakin Rəhimə idarə etməyə verib:”Rəhim mənim yanımda çalışırdı. Maşın onda qalmışdı. Onunla qohumuq. Rəhimin narkotik istifadə etməsini sizdən eşidirəm. Belə bir şey olmayıb və mən eşitməmişəm”. O, hadisədən sonra maşının təmir edildiyini, hər hansı şikayətin olmadığını deyib.

Proses noyabrın 29-da davam edəcək.

Bu ilin mayında Bakıda R. Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vuraraq qaçıb. Xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R. Allahverdiyev orada ölüb.

Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R. Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub.

Hadisəni törədən şəxsin atası isə Mərkəzi Kliniki Xəstəxananın sabiq baş həkimi Yüzasif Kərimovdur.

Ana səhifəXəbərlərOğlu ölən hakim mülki iddia qaldırdı