Ofşor hesabatlarında adı çəkilən erməni generala cinayət işi açılıb

Ermənistanın istintaq komitəsi ofşor qalmaqalına görə cinayət işi açıb.

Source:
Mihran Poqosyan
Mihran Poqosyan

Ermənistanın istintaq komitəsi ofşor qalmaqalına görə cinayət işi açıb.

Söhbət rəsmi şəxsin qanunsuz biznes fəaliyyəti ilə məşğul olmasından gedir.

Bu barədə mayın 3-də Azadlıq Radiosunun erməni xidməti məlumat yayıb.

“Panama sənədləri” adlı hesabatda Ermənistan məhkəmə aktlarının icbari icrası xidmətinin keçmiş rəisi Mihran Poghosyanın da adı hallanır.

Poghosyan bu qalmaqaldan sonra bu il aprelin 18-də vəzifəsindən istefa verib və prezident Serzh Sargsian aprelin 23-də onun istefasını qəbul edib.

Ana səhifəXəbərlərOfşor hesabatlarında adı çəkilən erməni generala cinayət işi açılıb