2017-2018-ci tədris ili ərəfəsində bəzi universitetlərdə təhsil haqları qaldırıldı. Qiymətlərə uyğun ixtisas seçən tələbələr artıq təhsil haqlarını ödəməyə başlayıblar. Tələbələrdən və valideynlərdən təhsil haqlarını necə ödədiklərini soruşduq.
Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirir ki, tələbələrin təhsil ala bilməsi üçün onlara güzəştlər tətbiq olunmalıdı.
-Çox çətin, gecə-gündüz cırmaqlaşdıq, qazanıb, gətirib, bura verdik. Uşağın xətrinə. Çox bahadı, bir az ucuz olsaydı, lap yaxşı olardı.
-İşləyirik, ödəməliyik də. Uşağımız oxumalıdı.
-İmkanım daxilində, yəni ki, borc-xərc elədim. Oxutmalıyıq da, uşaqlarımıza təhsil verməliyik.
– Bacım da tibb universitetində oxuyur, ödənişlidi o da. İlliyi 2500 manatdı. Amma ödənişin elə də çətinliyi yoxdur.