“Ofis işləməlidir və biz hökuməti öz niyyətinə yenidən baxmağa çağırırıq”

Daniel Baer: “Bu, ölkədə hərtərəfli təhlükəsizlik üçün yaxşı deyil, bu, Azərbaycan hökuməti və ya adamlar üçün yaxşı deyil”

Source:


Daniel Baer: “Bu, ölkədə hərtərəfli təhlükəsizlik üçün yaxşı deyil, bu, Azərbaycan hökuməti və ya adamlar üçün yaxşı deyil”

Vaşinqton Bakının ATƏT-in ofisini bağlamaq planından narahatdır və öz qərarına yenidən baxmağa çağırır.

Bu barədə “Turan İA”-ən müxbiri məlumat verib.

İyunun 8-də Vyanada ABŞ səfiri Daniel Baer ATƏT Daimi Şurasının iclasında Vaşinqtonun reaksiyasını diqqətə çatdırıb.

“Ötən cümə günü biz baş katibdən eşitdik ki, Azərbaycan Bakıda ATƏT layihələrinin koordinatorunun funksiyasını nəzərdə tutan memorandumdan imtina etmək niyyətində olduğunu açıqlayıb. Bu, dərin məyusluq doğurur”, – o bildirib.

“Eyni zamanda yada salmaq vacibdir ki, layihələr üzrə koordinatorun ofisi ATƏT-in 57 iştirakçı dövləti ilə razılaşdırılmış siyasi mandat əsasında fəaliyyət göstərir.

Odur ki, iştirakçı dövlətlərin konsensusu əsasında qəbul olunmuş istənilən qərar kimi bu qərar da yalnız konsensus əsasında ləğv edilə bilər”, – o vurğulayıb.

“Hökumətin kompleks təhlükəsizliyin yaxşılaşdırılmasına sadiqliyini nümayiş etdirmək yollarından biri onun vətəndaşlarının ATƏT ilə birbaşa qarşılıqlı münasibətlərə malik olmasıdır. ATƏT-in yerlərdə iştirakı, hökumətlər və vətəndaşlarla iş aparması ATƏT qarşısında uğurlu islahatlara və öhdəliklərin icrasına xidmət edir”, – o bildirib.

“Hökumət başa düşməlidir ki, QHT-dən və beynəlxalq tərəfdaşlardan gələn tənqidə təhlükə kimi baxmaq lazım deyil, problemin siyasi həlli və vəziyyətin yaxşılaşdırılması imkanları kimi baxmaq lazımdır”, – o əlavə edib.

Sonra Baer deyib ki, Azərbaycanda ATƏT layihələri koordinatorunun ofisinin faydalı iş aparmaq üçün potensialı var ki, bu da yerli özünüidarəetməyə yardım göstərəcək, ATƏT öhdəliklərinin icrasını yaxşılaşdıracaq.

“Ofis işləməlidir və biz Azərbaycan  hökumətini öz niyyətinə yenidən baxmağa çağırırıq”, – o vurğulayıb.

Sonda Baer qeyd edib ki, əgər Bakı ATƏT ofisini bağlamaqda israrlı olarsa, bu, ölkənin, ilk növbədə, insan hüquqları və əsas azadlıqların təminatı sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirlməsi məsələsinə mənfi təsir göstərəcək.

“Bu, ölkədə hərtərəfli təhlükəsizlik üçün yaxşı deyil, bu, Azərbaycan hökuməti və ya adamlar üçün yaxşı deyil”, – o vurğulayıb.

Ana səhifəXəbərlər“Ofis işləməlidir və biz hökuməti öz niyyətinə yenidən baxmağa çağırırıq”