Raketlərin Xəzər dənizindən atıldığı qeyd olunur
Aprelin 23-də Rusiya ordusunun Odessaya raket hücumu nəticəsində iki yaşayış binasına ziyan dəyib, azı 5 nəfər həlak olub:
“18 nəfər yaralanıb. Ölənlər arasında 3 aylıq körpə var”
Məlumatı Ukraynanın “Cənub” hava komandanlığı yayıb.
Raketlərin Xəzər dənizindən buraxıldığı qeyd olunub:
“Onlar Rusiyanın TU-95 strateji təyyarəsi ilə Xəzər dənizindən buraxılıb”.