“Oda” Teatrı qısa fasilədən sonra yenə tamaşaların nümayişinə start verib. Fəaliyyətində müvəqqəti olaraq problem yaranmış “Oda” Teatrı yeni məkana köçüb. Teatrdan MeydanTV-yə verilən məlumata görə, oktyabrın 11, 12 və 13-ü teatrda tamaşaların nümayişi gerçəkləşdiriləcək. Oktyabrın 11-i sat 19:00-da “Arzular bağı” tamaşası, 12 və 13 oktyabr saat 19:00-da isə teatrın yeni tamaşası olan “Apokalipsis”in premyerası olacaq.
Təbriz Xəlilbəyli 12 (MUM-un arxası) ünvanında olan teatrın tamaşalarına biletlərin qiyməti 3 AZN-dir.