Mənbə: OCCRP

OCCRP Rusiyada fəaliyyətini dayandırır

Orijinal olaraq yayımladıOCCRP

“Bu, o anlama gəlmir ki, biz bu ölkədəki irimiqyaslı korrupsiya haqda yazmağa davam etməyəcəyik”

OCCRP Kremlin müstəqil jurnalistikaya qarşı kampaniyası fonunda jurnalistləri müdafiə etmək üçün Rusiyadakı fəaliyyətini bu həftə tamamilə dayandırır.

“Hazırda Rusiyadakı işimiz yerli jurnalistlərə faydadan çox ziyan vura bilər, – OCCRP-nin həmtəsisçisi və baş redaktoru Dryu Sallivan deyir. – Bu, o anlama gəlmir ki, biz bu ölkədəki irimiqyaslı korrupsiya haqda yazmağa davam etməyəcəyik. Sadəcə anlayırıq ki, bizimlə əməkdaşlıq etdiklərinə görə, həmişəki kimi, hökumət öz vətəndaşlarını cəzalandıracaq”.

OCCRP-nin bir çox rusiyalı partnyoru son ayda “xarici agent” və ya “arzuolunmayan təşkilat” siyahısına salınıb. Bu cür status alan KİV işləməyə mane olan sərt tələblərə riayət etməlidir. Bir çox dərc bağlanmaq məcburiyyətində qalıb.

“Biz Rusiya haqqında araşdırmaları nəşr etməyə davam edəcəyik, – OCCRP-nin innovasiyalar üzrə həmtəsisçisi və direktoru Pol Radu deyir. – Rusiya hökuməti korrupsiya və dezinformasiyanı həm regional, həm də beynəlxalq səviyyədə fəal şəkildə yayan və digər ölkələrin də stabilliyinə xələl gətirməyə cəhd edən böyük oyunçudur. Biz bunun qarşılığında susmayacağıq”.

OCCRP rusiyalı əməkdaşlara digər ölkələrə köçməyi təklif edib. Bu təklifdən imtina edənlərə işdən azad olunma təzminatı verilib və yeni iş axtarışında yardım edilib.

“Biz OCCRP-yə bu cür uğur qazanmaqda yardımçı olan əfsanəvi rusiyalı əməkdaşlarımıza minnətdarıq”, – Radu deyir. – Putin hökuməti müstəqil KİV-ə açıq-aşkar hücuma keçdiyi bir zamanda onlar öz həmvətənlərinə obyektiv jurnalistikanı əlçatan ediblər”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN

Orijinal olaraq yayımladıOCCRP

Bölmələr:  
qısa linklər:   http://mtv.re/za5vy0

Ən çox baxılan