Obama seçkilərdə rəsmi olaraq Klintonu dəstəklədi

Bundan başqa, Hillari Klintonun rəsmi saytında dərc olunmuş videoçarxda Barak Obama Klintonla seçki kampaniyasına birgə yollanacağı günü səbirsizliklə gözlədiyini bildirir.

Source:

Bundan başqa, Hillari Klintonun rəsmi saytında dərc olunmuş videoçarxda Barak Obama Klintonla seçki kampaniyasına birgə yollanacağı günü səbirsizliklə gözlədiyini bildirir.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Klintonun seçkiqabağı qərargahının “Twitter” səhifəsində dərc olunmuş məlumatda bildirilib.

“Prezident Obama Hillarini dəstəkləyərək deyib: “Düşünmürəm ki, bu vəzifəyə kimsə ondan daha uyğun olsun””, – deyə məlumatda bildirilib.

Bundan əvvəl namizədliyi Demokratlar partiyasından irəli sürülən Berni Sanders rəqibi Hillari Klintonla birgə mübarizə aparmağı planlaşdırdığını bildirib.

Hillari Klinton Demokrat partiyasından, Donald Tramp isə Respublikaçılar partiyasından ABŞ prezidentliyinə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıblar.

Ana səhifəXəbərlərObama seçkilərdə rəsmi olaraq Klintonu dəstəklədi