Obama qaydaları pozduğunu etiraf etdi

Prezident idman oyunlarına pul qoyuluşu edirmiş

Source:
Barak Obama
Barak Obama
Barak Obama
Barak Obama


Prezident idman oyunlarına pul qoyuluşu edirmiş

ABŞ prezidenti Barak Obama qaydaları pozduğunu etiraf edib. O, idman oyunlarına pul qoyuluşu etdiyini bildirib. ABŞ-da isə idman oyunlarına pul qoyuluşu etmək qadağandı. Obama

“The Late Show”

proqramına müsahibə verərkən belə deyib:

“Hər Superboldan sonra qalib komandaya zəng edirəm. Hərdən məğlublara da zəng edirəm. Xüsusən də onların oyununa pul qoyuluşu etmişəmsə”.

Bu məqamda aparıçı Stiven Kolber Obamaya ABŞ-da idman oyunlarına pul qoyuluşunun qadağan olduğunu xatırladıb. Prezident ona belə cavab verib:

“Mən prezidentəm. Özüm özümü bağışlayaram”.

ABŞ-da keçirlən sonuncu Superbolda “Denever” “Korolina”ya qalib gəlib – 24:10. Bu qarşılaşmanı 111,9 milyon insan izləyib.

Ana səhifəXəbərlərObama qaydaları pozduğunu etiraf etdi