ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında onu ukraynalı pilot Nadejda Savçenkonu azad etməyə çağırıb.
“İnterfaks” agentliyinin verdiyi məlumata görə, bunu ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Uill Stiven deyib. O bildirib ki, prezidentlər arasında martın 15-də gerçəkləşən telefon danışığı zamanı bu məsələyə də toxunulub: “Prezident Obama öz rusiyalı həmkarını həbsdəki pilot və parlamentar Nadejda Savçenkonu Minsk razılaşmalarının müvafiq müddəalarına uyğun olaraq azadlığa buraxmağa çağırıb”.
Qeyd edək ki, Kreml və Ağ Evin məlumatlarında Obama və Putinin telefon danışığında Suriyadan Rusiya qoşunlarının çıxarılmasının müzakirə olunduğu bildirilmişdi.