Mənbə: Meydan TV

O taydan bu taya musiqi arxasınca gələnlər

O taydan bu taya musiqi arxasınca gələnlər

O taydan - bu taya, Azərbaycan musiqisini öyrənmək üçün “vətən” dedikləri ölkəyə gələnlər burada dar ayaqdadır. Son illər İrandakı iqtisadi vəziyyətin pisləşməsi və valyutanın dəyərdən düşməsi ilə Bakıda oxuyan İran azərbaycanlıları maddi çətinlik içində qalıblar. Tələbələrin arasında təhsilini davam etdirə bilməyib İrana dönənlər də var.

Sentyabrın 5-də dünyanın müxtəlif yerlərində faəliyyət göstərən 40-dan çox Azərbaycan dərnəyi hökumətə birgə müraciət ünvanlayıb. Mətndə İran azərbaycanlısı tələbələrin təhsil haqqından azad olunmaları istənilir.

Yaşadıqları ölkədə ana dilində təhsil almaq, musiqi ifa etmək, qadağan olunan güneyli tələbələrin doğma musiqilərini öyrənmək üçün tək çıxış yolu Azərbaycanda təhsildir. Buraya məhz milli musiqi öyrənmək, ana dilində ifa edə bilmək eşqi ilə gəlirlər.

Təhsil Nazirliyinin əməkdaşı bu məsələnin geniş müzakirə tələb etdiyini, indiki halda cavab verə bilməyəcəklərini deyib. Nazirlər Kabinetinə etdiyimiz zənglər də cavabsız qaldı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/f9ca8m

Ən çox baxılan