“O qədər də qorxulu yer deyilmiş” (VİDEO)

Meydan TV ilə əməkdaşlıq etdiyi üçün jurnalist Aytən Fərhadova Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə dəvət olunub. Müstəntiq Ramiz Alıverdiyev jurnalisti 2 saatdan çox dindirib. A.Fərhadova bildirib ki, suallar Mingəçevir hadisələri və Meydan TV ilə bağlı olub: “Soruşdu ki, nə iş görürəm, kim məni Meydan TV-yə dəvət edib, əmək haqqı alıram-almıram, Meydan TV-nin əməkdaşları ilə bağlı suallar oldu. Düzü, xoşuma gəldi. Gəlib-getmək olar. O qədər də qorxulu yer deyilmiş” (gülür)

1 sentyabrda Meydan TV ilə əməkdaşlıq edən Sevinc Vaqifqızı dindirilib. Növbəti günlərdə internet televiziya ilə əməkdaşlıq edən İzolda Ağayeva, Cavid Abdullayev, Natiq Cavadlı, Şirin Abbasov Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıblar və müstəntiqin suallarını cavablandırıblar.

20 avqustda şübhəli şəxs qismində Mingəçevir Polis Şöbəsinə gətirilən Bəhruz Hacıyev orada vəfat edib. Polis Şöbəsindən bildiriblər ki, B. Hacıyev otaqda tək qalanda pəncərəni açıb və oradan özünü yerə atıb. Bunun nəticəsində 1988-ci il təvəllüdlü gənc vəfat edib. Amma B. Hacıyevin atası Dilsuz Hacıyev oğlunun aciz insan olmadığını və intihar ehtimalına inanmadığını bildirib. O, əlavə edib ki, oğlunu polis işçiləri öldürüb.

Ana səhifəVideo“O qədər də qorxulu yer deyilmiş” (VİDEO)