Yevda Abramov

Mənbə: Foto: arxiv

Başlıq: Yevda Abramov

Milli Məclisin üzvü vəfat edib

Məqalə yeniləndi:  7 Dekabr 2019

Mərhumla vida mərasimi dekabrın 7-də Qubada “Mədəniyyət evi”ndə keçiriləcək

Deputat Yevda Abramov dekabrın 6-da vəfat edib.

Məlumatı jurnalistlərə onun həmkarı Vahid Əhmədov verib.

Vahid Əhmədov bildirib ki, mərhum Yevda Abramovla vida mərasimi dekabrın 7-də Qubada “Mədəniyyət evi”ndə keçiriləcək.

Quba yəhudisi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Yevda Abramov 2005-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat mandat qazanmışdı. O, iki çağırış Milli Məclisin deputatı olub.

Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  7 Dekabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l1pkul

Ən çox baxılan