Mənbə: Meydan Tv

Nuşirəvan Məhərrəmli vəzifəsini itirdi

Məqalə yeniləndi:  6 Aprel 2020

MTRŞ-ya yeni sədr seçildi

Aprelin 6-da Milli Televiziya və Radio Şurasına (MTRŞ) yeni sədr seçilib.

Yeni sədr şuraya aprelin 5-də üzv seçilən İsmət Səttarovdur.

Bu barədə MTRŞ-nın saytında məlumat yayılıb.

Bildirilib ki, bu gün şuranın iclasında təşkilati məsələlərə baxılıb. “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə“nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Milli Televiziya və Radio Şurasının bu günə qədər olan sədri Nuşirəvan Məhərrəmli 2003-cü ildən quruma rəhbərlik edirdi. O, prezidentin 2015-ci il tarixli sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İsmət Rəcəb oğlu Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2000–2004-cü illərdə bank sektorunda çalışıb.

İ.Səttarov 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib. O, 2014-cü ildə "Region tv"nin direktoru təyin olunub, 2016-cı ildən isə "ARB Media Group"-una rəhbərlik edirdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  6 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/05hu72

Ən çox baxılan