''Məsələ gündəmdə deyil''
Baş Prokurorluğun məlumatının ANS televiziyasının fəaliyyətinin bərpası ilə bağlı yayılan məlumatlara heç bir aidiyyəti yoxdur.
Bunu
“Report”
saytına Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.
“ANS haqqında sosial şəbəkələrdə məlumatların yayımlanması bu televiziyanın yenidən açılması məsələsinin gündəmdə olması anlamına gəlmir. Bu o demək deyil ki, bu məsələ gündəmdədir. Bakı Apelyasiya Məhkəməsi ANS televiziyası ilə bağlı qərarını verib və televiziyanın fəaliyyətinə xitam verilib. Bununla da ANS televiziyası ilə bağlı məsələ bitib”, – Nuşirəvan Məhərrəmli deyib.
ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbəri
Vahid Mustafayev
Respublika Prokurorluğundan bəraət məktubu aldıqlarını bildirib və qeyd edib ki, ANS-in heç bir günahı olmadığı sübuta yetirilib.