“Nurçuluq” əməliyyatında 41 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda saxlanılan şəxslərin ikisi azyaşlıdır

Source:


Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda saxlanılan şəxslərin ikisi azyaşlıdır

Daxili İşlər Nazirliyi evində “nurçuluq” dini təriqətinin üzvü olan 41 nəfərin tutulması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

 E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Ana səhifəXəbərlər“Nurçuluq” əməliyyatında 41 nəfər saxlanıldı