Noyabrın ilk günü Azərbaycanda 1200 adam koronavirusa yoluxub

Foto: Meydan.TV

“27 xəstə vəfat edib”

Noyabrın 1-də Azərbaycanda 1200 adam COVID-19 infeksiyasına yoluxub, 1 174 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 27 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 532 570 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 495 353 nəfər müalicə olunaraq sağalıb, 7 101 pasiyent ölüb. Aktiv xəstə sayı 30 116 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 161, bu günə qədər isə 5 202 697 testin icra olunduğu göstərilib.

Ana səhifəXəbərlərNoyabrın ilk günü Azərbaycanda 1200 adam koronavirusa yoluxub