Noyabrın 4-də Rauf Mirqədirovun məhkəməsi keçiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək

Source:


Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək

Jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmənin başlayacağı tarix açıqlanıb.

“Report”un xəbərinə görə, R.Mirqədirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək.

R.Mirqədirov ötən ilin aprelin 19-da Türkiyədən Bakıya qayıdarkən Heydər Əliyev Hava Limanında saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Ana səhifəXəbərlərNoyabrın 4-də Rauf Mirqədirovun məhkəməsi keçiriləcək