”Bu qanlı terror aktına heç bir bəraət ola bilməz”
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsini pisləyib. O, bu barədə “Twitter” hesabında yazıb:
“Rusiya səfirinin qətlə yetirilməsi lənətə layiqdir. Bu qanlı terror aktına heç bir bəraət ola bilməz! Səfirə sui-qəsd terrorun ən vəhşi formalarından biridir”.
Dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində təşkil olunmuş sərgidə səfir Andrey Karlov silahlı hücuma məruz qalıb. O, aldığı güllə yarasından dünyasını dəyişib.