Novruz Məmmədov sanksiya ilə bağlı informasiyaları təsdiqlədi

“Avropa düşünməlidir ki, niyə Azərbaycanla bağlı bu oyunu oynayırdılar?”

Source:


“Avropa düşünməlidir ki, niyə Azərbaycanla bağlı bu oyunu oynayırdılar?”

Ötən həftə “Azərbaycan Saatı” proqramı ABŞ və Avropa Birliyinin Azərbaycana sanksiya hazırladığını və hətta müəyyın siyahının mövcud olması barədə məlumat yaymışdı. Xəbərdə baş prokurorun birinci müavini Rüstəm Usubov başda olmaqla 31 məhkəmə hakiminin və Respublika Prokurorluğunun müstəntiqlərinin adları da yer almışdı.

Ancaq ABŞ və Avropa Birliyinin Bakıdakı diplomatik korpusları məlumatı təkzib etdilər.

Azərbaycan

Prezident Administrasiyası

 rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Novruz Məmmədov

 APA-ya açıqlamasında belə bir söhbətin olduğunu dolayısı ilə təsdiqləyib.

N. Məmmədov deyib ki, bu söhbətlər Azərbaycana təzyiq formasıdır: “Bizə hansı formada sanksiyalar tətbiq edə bilərlər? Bizim üçün belə bir təhlükə olduğu fikrinin ortaya atılması, müəyyən sözlərin deyilməsi ancaq Azərbaycana təzyiq etmək üçündür. Azərbaycan ABŞ-ın da, Avropanın da marağında olan və 45 milyard dollardan artıq sərmayə qoyulacaq Cənubi Qaz Dəhlizi layihəsi kimi möhtəşəm layihə həyata keçirməyi planlaşdırır və bu istiqamətdə addımlar atır. Avropa 10 il bizim qulağımıza “

Nabucco

” deyə-deyə gəlib-getdi, dillərində qabar yarandı, lakin birdən-birə kefləri belə istədi ki, yox, bu layihəni həyata keçirmək olmaz. Avropa düşünməlidir ki, niyə Azərbaycanla bağlı bu oyunu oynayırdılar? Bəs məsuliyyət hanı? Heç üzr də istəmədilər, demədilər ki, on il “

Nabucco

” deyə-deyə gəlib-getməklə səhv etmişik. Belə olmaz axı? Ona görə də bizim üçün heç bir narahatlıq yoxdur”.

“Biz 23 ildir müstəqilik, öz kursumuzu seçmişik və bunu davam etdiririk. Hər bir dövlət yalnız öz maraqlarının ortaya qoyub, onun həyata keçməsini tələb edəcəksə, dünya bugünkü kimi gərginliklərlə üzləşəcək”,-deyə cənab Məmmədov söyləyib.

N. Məmmədov bildirib ki, bu gün dünyada baş verən proseslər böyük dövlətlərdən asılıdır: “Böyük dövlətlər sabitlik və inkişaf istəyirsə, “nə istəyirəm, onu edirəm” prinsipindən əl çəkməlidirlər. Azərbaycan müstəqillik illəri ərzində bütün vektorlarla səmərəli əməkdaşlıq edib. Bu vektorlardan biri də ABŞ və Avropadır. Azərbaycan postsovet məkanındakı dövlətlərin heç birindən siyasi islahatlar baxımından geri qalmır, hətta qabaqdadır. Azərbaycan terrorizmə qarşı mübarizə, enerji sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişafı istiqamətində addımlar atıb. Biz başqa dövlətlərin maraqlarına hörmətlə yanaşırıq, onlardan da bizə münasibətdə bunu tələb edirik. Bu münasibətlər qarşılıqlı hörmət əsasında qurulmazsa, fərqli olar. Müəyyən dövlətlərdə hansısa dairələrin istədiklərini qəbul edə bilmərik. Əməkdaşlıq üçün qapılarımız açıqdır. Lakin böyük dövlətlərdə bəzən “mən nə dedim, o olmalıdır” yanaşması mövcud olur”.

N. Məmmədov qeyd edib ki, bu günə qədər böyük dövlətlər

Dağlıq Qarabağ

 münaqişəsinin həlli ilə bağlı normal mövqe ortaya qoymayıblar: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq deməklə kifayətlənirlər. Ancaq müəyyən məqamlarda ərazi bütövlüyünü tanımaqdan da imtina etməyə hazır olurlar.

BMT

 Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilərdə 17 tur ərzində biz 110 səs, digər namizəd dövlət 70 səs yığırdı. O vaxtlar Azərbaycana hətta təklif olunurdu ki, bəlkə namizədliyinizi geri götürəsiniz. Bir dəfə də təklif olundu ki, bir il biriniz, növbəti il digəriniz

BMT

 Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olun”.

N. Məmmədov 25 il ərzində həmişə böyük güclərin Ermənistanı dəstəklədiyini söyləyib: “

Dağlıq Qarabağ

ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Bunun haqqında beynəlxalq QHT-lər, ABŞ-dakı qurumlar söz demir. Ancaq Azərbaycanda bir insanın hüquqlarının pozulduğunu iddia edib, axşama kimi bundan danışırlar”.

Paris olayını xatırladan N. Məmmədov qeyd edib ki, Qərbdə istədikləri şeyi günlər və həftələr ərzində insanların beyninə yeritmək istəyirlər: “Terrorçunun dini, milliyyəti olmur. Pakistanda bir müddət əvvəl terror hadisəsi oldu, bir balaca başsağlığı verməklə kifayətləndilər”.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin yazdıqlarına toxunan N. Məmmədov bildirib ki, bu, mənasızdır: “Səfir olanda mövqeyini ortaya qoyaydın. Qərbdə bəziləri elə bil ki, sabah, o biri gün nə olacağını düşünmürlər. İki 35-40 yaşlı kişinin evləndiyini günlərlə göstərirlər, ancaq dünya ölkələrində elə hallar baş verir ki, ona diqqət ayırmırlar. Qərbi bu günə qaldıran Jan Jak Russo, Didro kimi insanlar olub, bu gün Avropada belə insanlar yoxdur. Bizim mənliyimiz qürurumuz, öz yolumuz var. Kim bunu qiymətləndirirsə, buna hörmətlə yanaşırıq, qiymətləndirmirlərsə də, münasibət fərqli olur. Təəssüf ki, ABŞ-da da, Avropada da belə dairələr var. Hansısa senator, konqresmen bir erməni bir söz deyəndə bəyanat verir. Gərək bu məsələdə məsuliyyət olsun”.

Ana səhifəXəbərlərNovruz Məmmədov sanksiya ilə bağlı informasiyaları təsdiqlədi