Novruz Məmmədov qəzəbləndi

“Bayerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur”

Source:

“Bayerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur”

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayerin “Azadlıq radiosu”nun Bakıdakı ofisinin bağlanması ilə əlaqədar tənqidinə qəzəbli cavab verib.

Bayer öz Twitter səhifəsində yazıb: “Azad mediaya hücum zəif, özünə inamı olmayan, korrupsioner hökumətlərin və liderlərin davranışıdır”.

Məmmədov isə öz Twitter mikrobloqunda 4 dildə Bayerin fikrini qərəzli və ikitərəfli münasibətlərə ziyan vurmağa yönəlmiş mövqe adlandırıb.

“Təəssüf ki, ABŞ-da bəzi rəsmilər və diplomatlar ölçü hissini tamam itiriblər. Belələrindən biri cənab Bayer unudur ki, zorakılığın da, korrupsiyanın da, həbslərin də əsl vətəni elə öz ölkəsidir. Görünür, ABŞ-ın ATƏT-dəki nümayəndəsi cənab Bayerin ölkəsində baş verən hadisələrdən heç xəbəri yoxdur”, deyə Məmmədov qeyd edib.

Məmmədov Bayerə bu günlərdə Senatın kəşfiyyat komitəsində aparılan dinləmələrlə tanış olmağı məsləhət görür (söhbət ABŞ xüsusi xidmətlərinin tətbiq etdiyi işgəncələrdən gedir).

Ana səhifəXəbərlərNovruz Məmmədov qəzəbləndi