Novruz bayramı süfrəsi 3,7 faiz bahalaşıb

Əhalinin hansı hissəsinin az büdcə vəsaitindən bayram yeməyi üçün nə qədər ayıracağını söyləmək çətindir

Source:


Əhalinin hansı hissəsinin az büdcə vəsaitindən bayram yeməyi üçün nə qədər ayıracağını söyləmək çətindir

2016-cı ildə Azərbaycanda Novruz bayramı süfrəsi 3,7 faiz bahalaşıb.

Əgər 2015-ci ildə 4 nəfərlik orta statistik ailənin bayram süfrəsi 60 manata başa gəlirdisə, bu il 83 manatadək artıb. Bu, orta statistik ailə üçün müəyyən edilmiş 526 manat həcmində yaşayış minimumu məbləğinin 15,7 faizini təşkil edir.

Ötən il yaşayış minimumu 496 manat, bayram süfrəsi isə bu məbləğin 12 faizini təşkil edib.

“Turan İA” agentliyi bayram süfrəsi məhsulları səbətinin hazırlanmasında ənənəvi olaraq 22 məhsulu götürüb: ət, düyü, yağ, yumurta, şirniyyat, ədviyyat və s.

Əhalinin hansı hissəsinin az büdcə vəsaitindən bayram yeməyi üçün nə qədər ayıracağını söyləmək çətindir. Çünki yoxsulluğun səviyyəsi barədə rəsmi statistika inamsızlıq doğurur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə yoxsulluq 5 faiz təşkil edir. Lakin Azərbaycan hökuməti və Dünya Bankının çərçivə sazişinə görə, 2020-ci ildə çalışan əhali strukturunda orta sinif seqmentinin indiki 4 faizdən 30 faizədək artırılması proqnozlaşdırılır.

Əgər orta sinif 4 faiz təşkil edirsə və əhalinin zəngin təbəqəsi  də bir o qədərdirsə, o zaman əməkqabiliyyətli vətəndaşların qalan hissəsini hara aid etmək lazımdır? Dünya Bankının proqnozunun tərtib edilməsindən sonra əhalinin sosial vəziyyəti daha da pisləşib. Bu barədə ticarətçilər öz təəssüratları ilə bölüşürlər. “Alver getmir, adamlar ancaq zəruri şeyləri, həm də az miqdarda alır. Böhrandır”, – quru meyvə satan Məmməd məyusluqla bildirib.

Ana səhifəXəbərlərNovruz bayramı süfrəsi 3,7 faiz bahalaşıb