Novella Cəfəroğlu: ”Vergilər Nazirliyi bizi 20 min manat cərimələmək istəyir”

Nazirlik təşkilatı qrant barədə Ədliyyə Nazirliyinə xəbər verməməkdə günahlandırır

Source:


Nazirlik təşkilatı qrant barədə Ədliyyə Nazirliyinə xəbər verməməkdə günahlandırır

Vergilər Nazirliyi Dillarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətini cərimələyib. Səbəb qurumun aldığı qrant haqda Ədliyyə Nazirliyini məlumatlandırmamasıdır. Ancaq cəmiyyətin sədri Novella Cəfəroğlu Vergilər Nazirliyi ilə razılaşmır.

Hüquq müdafiəçisi Meydan Tv-yə deyib ki, 2011-ci ildə qrant alıblar və Ədliyyə Nazirliyi bu barədə məlumatlandırılıb: “Ancaq o zaman nazirliyə bildiriş verilməli deyildi. Bax, bundan istifadə edib, təzyiq göstərirlər. Vergilər Nazirliyinin vergi-audit şöbəsi iddia edir ki, 4 faiz ödəməliydiniz. Buna görə bizi 20 min manat cərimə etmək istəyirlər. Cavab verdik ki, ödəməyəcəyik, məhkəməyə verin, o zaman biz də qarşılıqlı iddia qaldıracağıq və 1 milyon manat təzminat istəyəcəyik. Məsələ açıq qalıb. Onsuz da pulumuz da yoxdur ki, verək”.

Ana səhifəXəbərlərNovella Cəfəroğlu: ”Vergilər Nazirliyi bizi 20 min manat cərimələmək istəyir”