Novella Cəfəroğlu: “İşçi qrup fəaliyyətini davam etdirməlidir”

O, Avropa tərəfilə əlaqə yaratdıqdan sonra bu haqda mətbuata açıqlama verəcəyini nəzərə çatdırıb

Source:


O, Avropa tərəfilə əlaqə yaratdıqdan sonra bu haqda mətbuata açıqlama verəcəyini nəzərə çatdırıb

“Avropa Şurasının Birgə İşçi Qrupu ilə əməkdaşlığı dayandırması xoşagələn hal deyil, amma buna baxmayaraq, qurum olaraq fəaliyyətimizi davam etdirəcəyik”. İşçi Qrupun üzvü Novella Cəfəroğlu bunu “Turan İA”-a bildirib.

Onun sözlərinə görə, Şuranın əməkdaşlığı dayandırmasının səbəblərinə aydınlıq gətirməyə çalışacaqlar. N.Cəfəroğlu İşçi Qrupu vasitəsilə həbsdə olan siyasi məhbusların, eləcə də digər məhbusların taleyinə müsbət mənada təsir etməyin mümkünlüyünü vurğulayıb. “İşçi Qrup məhbusların vəziyyətini yaxşılaşdırmağa, əsassız həbs edilənləri xilas etməyə xidmət edən mexanizmdir, odur ki, bu mexanizmin fəaliyyətini davam etdirmək düşüncəsindəyik”, deyə N.Cəfəroğlu qeyd edib.

O, Avropa tərəfilə əlaqə yaratdıqdan sonra bu haqda mətbuata açıqlama verəcəyini nəzərə çatdırıb.

İlk dəfə işçi qrup 2003-cü il prezident seçkilərdinən sonrakı kütləvi həbslərlə bağlı yaradılıb. Qurum 2003-2005-ci illərdə fəaliyyət göstərib. O zaman qrupun tərkibi hüquq-mühafizə və hüquq müdafiəçiləri təmsilçilərindən ibarət idi.

2005-ci ildən sonra qrupun nəzərəçarpan elə bir ciddi fəaliyyəti olmayıb.

Birgə İşçi Qrup məsələsi bir də bu ilin aprelindən aktuallıq kəsb etməyə başlayıb. Bu da ölkədə çoxsaylı siyasi məhbusların olması ilə bağlı idi. Bu qrupun tərkibinə hökumət, hüquq müdafiəçiləri və Avropa Şurası təmsilçiləri daxil idilər. Avropa Şurası nümayəndələri Şuranın qrupla əməkdaşlığı dayandırmasına dair bu günlərdə açıqlama ilə çıxış ediblər.

Ana səhifəXəbərlərNovella Cəfəroğlu: “İşçi qrup fəaliyyətini davam etdirməlidir”