”Növbəti 5 il Azərbaycan üçün sınaq olacaq”

“Gələcək 5 ildə Açıq Hökumət Tərəfdaşlığının əsas hədəfi ölkələrin və ya öhdəliklərin sayının artırılması yox, insanların həyat səviyyəsinə transformativ təsir, fiskal şəffaflıq və korrupsiya ilə mübarizə kimi vacib sahələr olacaq”, – iqtisadçı Samir Əliyev “facebook”da belə yazıb.

Source:


“Gələcək 5 ildə Açıq Hökumət Tərəfdaşlığının əsas hədəfi ölkələrin və ya öhdəliklərin sayının artırılması yox, insanların həyat səviyyəsinə transformativ təsir, fiskal şəffaflıq və korrupsiya ilə mübarizə kimi vacib sahələr olacaq”, – iqtisadçı Samir Əliyev “facebook”da belə yazıb.

İqtisadçı bildirir ki, 5 il öncə – 2011-ci ilin sentyabrında BMT-nin Baş Assambleyasının tribunasından elan edilən təşəbbüsə hazırda Azərbaycan da daxil olmaqla 70 ölkə qoşulub. Hökumətlərin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”ndə qeyd edilir ki, bütün dünyada getdikcə xalqlar daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahib olmaq, vətəndaş iştirakçılığının genişləndiyi, vətəndaşın görəvləndirildiyi, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəyirlər.

Samir Əliyev deyir ki, növbəti il və 5 il Azərbaycan üçün də sınaq ili olacaq:

“Ölkəmiz 2016-cı il mayın 4-də qeyri-aktiv edilmiş statusunu aktivləşdirməli, AHT Təşəbbüsünün tamhüquqlu üzvü statusunu bərpa etməlidir. Azərbaycanın statusunu aşağı salan rəhbər komitə qərarını ölkədə QHT-lərin fəaliyyəti üçün məkanın qapadılması ilə əlaqələndirmişdi və bunun Açıq Hökumət Tərəfdaşlığının prinsip və dəyərlərini sarsıtdığını qeyd etmişdi”.

İqtisadçının fikrincə, buna görə də hökumət yaxın 5-6 ayda vətəndaş cəmiyyəti ilə bağlı problemlərin aradan qaldırılması istqamətində konkret addımlar atmalıdır:

“Əks halda ölkəmiz təşəbbüsdən kənarda qala bilər. Torpaqlarımızı işğal etmiş ölkənin təmsil olunduğu, getdikcə güclənən bir platformadan qovulmaq heç kimə başucalığı gətirə bilməz”.

Ana səhifəXəbərlər”Növbəti 5 il Azərbaycan üçün sınaq olacaq”