Norveçdə homoseksualların daha çox getdiyi ərazidə silahlı hücum olub

Norveç paytaxtı Osloda baş verən silahlı hücumdan sarsılıb. Gecə həyatının qaynar olduğu bölgədə, gecə saat 1 radələrində baş verən hücumda 2 nəfər ölüb, 21 nəfər yaralanıb. Hücumdan sonra 42 yaşlı bir kişi saxlanıb. Ona qarşı cinayət, cinayətə təşəbbüs və terrorla bağlı ittihamlar irəli sürülüb. Homoseksualların daha çox getdiyi bir barın olduğu 3 nöqtədə edilən silahlı hücum onun LGBTQİ+ icmasına qarşı olmasına dair şübhələr yaradıb. Polisin tövsiyyəsi ilə şəhərdə qürur yürüşü təxirə salınıb. 

Baş nazir Jonas Gahr Stoere hadisəni “günahsız insanlara qarşı qorxunc və dərindən sarsıdıcı bir hücum” kimi şəhər edib.

Ana səhifəVideoNorveçdə homoseksualların daha çox getdiyi ərazidə silahlı hücum olub