Norveç qalmaq üçün gedir

Norveçin Azərbaycanda səfirliyi bağlayıb, əvəzində Gürcüstanda diplomatik nümayəndəlik açması çoxlu suallar yaratdı. "Turan" İnformasiya Agentliyinin təhlilində bu suallara cavab axtarılıb. Təhlildə deyilir:

Norveç XİN noyabrın 9-da 1998-ci ilin iyulunda Bakıda diplomatik missiyasının açıldığı gündən etibarən Cənubi Qafqazda krallığın yeganə diplomadik nümayəndəliyi olan Azərbaycandakı səfirliyinin 2019-cu ildən etibarən bağlandığını elan edib. Bu regionda Norveçin diplomatik mərkəzi Gürcüstana köçürülür. Norveç-Azərbaycan münasibətləri Norveçin Ankaradakı səfirliyinin yurisdiksiyasına verilir.

Azərbaycanda, bunu hakimiyyətin adından demək olmaz, amma cəmiyyət üçün bu xəbər gözlənilməz oldu. Bununla bağlı heç bir ilkin məlumat olmamışdı. Hətta səfirliyin bağlanması haqqında məlumat özü Norveçin Tbilisidə səfirlik açılması haqqında daha müfəssəl bəyanatı kontekstində səthi verilmişdi.

"Gürcüstan Avrasiya regionunda bizim əsas tərəfdaşlarımızdan biridir. Uzun illər o, islahatlar yolundan gedib, bu islahatlar onu Avropa qurumlarına və Avroatlantik qurumlara yaxınlaşdırıb. Norveç maraqlarının və Cənubi Qafqaz ölkələri ilə əlaqələrimizin ümumi qiymətləndirməsinə söykənərək, Norveç Gürcüstanda səfirlik açmaq qərarına gəlib. Tbilisidə daimi nümayəndəlik sayəsində bizim bütünlükdə regionda hadisələrin inkişafını müşahidə etməyimiz rahat olacaq", - deyə xarici işlər naziri İne Eriksen Sereyde bildirib.

Və daha sonra deyib: "Eyni zamanda Bakıdakı səfirlik bağlanacaq. Ankaradakı səfirlik Norveçin Azərbaycanla münasibətlərinə görə də cavabdeh olacaq. Amma Norveç Bakıda fəxri baş konsulluq yaratmağı planlaşdırır. Norveçin Cənubi Qafqaz təmsilçiliyində bu dəyişikliklər 2019-cu ildə həyata keçiriləcək".

Azərbaycan hakimiyyəti Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri səlahiyyətlərini icra edən Leyla Abdullayevanın şəxsində Norveç hökumətinin bu qərarı ilə bağlı təəssüfünü bildirib.

Beləliklə, xanım İne Eriksen Sereydenin qısa, amma məzmununa görə həcmli bəyanatı Norveçin bu qərarı qəbul etməyə vadar etmiş motivləri və regionda məqsədləri haqqında ehtiyatlı, amma informasiya boşluğu şəraitində zəruri olan nəticəni çıxarmağa imkan verir.

1. Norveç səfirliyi Avropa dəyərləri və Avroatlantik əməkdaşlıq sisteminə tranzaksiya həyata keçirən Gürcüstana köçürmək qərarına gəlib, bu ölkədə sonuncu prezident seçkiləri də bunu göstərib. Gürcüstanın avropalılaşmasına dəstək Cənubi Qafqazın Avroatlantik məkana çəkilməsində lokomotiv rolu oynayan əsas və mühüm amilə çevrilir.

2. Norveçlilərin öz maraqlarını və CQ ölkələri ilə əlaqələrini qiymətləndirməsi qərarın ikinci əsasıdır və o, iki amillə bağlıdır: 1) Ermənistanda bu ilin yazında start götürmüş islahatların Gürcüstan ssenarisi Oslonun Ermənistan islahatlarında daha fəal iştirakını tələb edəcək, 2) bu, səfirliyin Bakıda yerləşdiyi şəraitdə daha az səmərəli olardı və müəyyən dərəcədə Norveç diplomatlarının fəaliyyət azadlığını məhdudlaşdırardı.

3. Norveç XİN-in Avropayönlü Gürcüstana daha çox yer verilən və Azərbaycanda diplomatik missiyanın bağlanması quru şəkildə qeyd edilən bəyanatının forması Norveç tərəfin rəsmi Bakı ilə demokratik islahatlarla bağlı dialoqu davam etdirməyi səmərəsiz və perspektivsiz hesab etdiyini göstərə bilər. Məsələnin bu tərəfi həmişə Norveç-Azərbaycan münasibətlərində əngəl olub.

Norveçlilərin azərbaycanlılarla Avropa norma və dəyərləri sisteində energetika, mədəniyyət, ictimai və təhsil layihələri vasitəsilə münasibətlər qurmaq cəhdləri heç bir nəticə verməyib. Və demək olar ki, hazırkı qərar Gürcüstan, Ermənistan və Azərbaycanın siyasi vektorlarının uyğunsuz şəkildə inkişafı kontekstində illər ərzində yaxınlaşıb. Azərbaycan getdikcə daha çox mütləq avtoritarizm qurulması istiqamətinə yuvarlanır.

Norveç siyasətinin zərbəçi qüvvəsi - "Statoil" şirkəti - Azərbaycanın təməl neft kontraktı olan AÇG-nin iştirakçısı, hələ 2013-cü ilin dekabrında Azərbaycandan qazın Avropaya nəqlini nəzərdə tutan "Transanadolu" qaz kəmərinin (TANAP) tikintisi layihəsində iştirakdan imtina edib və "Şahdəniz" qaz layihəsində 10%-lik payını satdığını bəyan edib. 2014-cü ilin mayında şirkətin səhmdarları Azərbaycandakı neft-qaz layihələrindən çıxmaq haqqında qərar qəbul ediblər. 2015-ci ilin aprelində "Statoil" "Şah-dəniz Azərbaycan" yatağında 15,5 faizlik payını satıb. (qaz tədarükü üzrə Azərbaycan şirkətinə (12,4 faiz) və Cənubi Qafqaz qaz kəməri şirkətinə (15,5 faiz), Malayziyanın "Petronas" neft-qaz şirkətinə).

Bu neft-qaz qərarları Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə təzyiqi və demokratiyanın məhdudlaşdırılması səylərini artırdığı zaman qəbul edilib. Eyni zamanda həm yüksək rəsmi səviyyədə, həm də rəsmi Bakı və Norveç demokratik fondları səviyyəsində demokratiya problemləri ilə bağlı danışıqlar aparılıb, onlar, son hadisələrdən göründüyü kimi, nəticəsiz və perspektivsiz olub. 2018-ci ilin mayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Norveçin Equinor qrupuna daxil olan "Statoil Azerbaijan"-ın mayın 30-da neft-qaz sərgisi zamanı Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" yatağı üzrə Risk-Service (RSA) Sazişi və yenə Xəzərdə "Əşrəfi-Dan Ulduzu-Aypara" üzrə kəşfiyyat, işləmə və hasilat (PSA) Sazişi imzaladığını nəzərə alsaq, ola bilər ki, bunlar təsadüf idi.

Amma bu, həm də Norveçin CQ-da öz energetika və siyasi maraqlarına sərhəd qoymağı, energetika maraqlarını Azərbaycanda layihələr vasitəsilə, siyasi maraqlarını isə Gürcüstanda fəallığını genişləndirməklə təşviq etməyi qərara aldığına dəlalət edə bilər. Qarabağ münaqişəsi ilə əlaqədar Gürcüstanın 90-cı illərin əvvəllərindən həmişə Azərbaycan və Ermənistanın iştirak etdiyi Cənubi Qafqaz layihələrinin təşviqi üçün əlaqə yeri olduğunu nəzərə alsaq, üç ölkənin qeyri-formal ictimai əlaqələrinin genişləndirilməsi xəttini davam etdirmək çətin deyil, Qərb, o cümlədən Norveç də bunda maraqlıdır.

Azərbaycanla münasibətlərə görə Gürcüstan deyil, Ankara səfirliyinin cavabdeh olacağı faktı da buna dəlalət edir. Praktiki olaraq, Norveçin Tbilisidəki missiyası Azərbaycan hakimiyyəti ilə əlaqə saxlamayacaq. Bu missiyanı qismən fəxri baş konsul, bəlkə də Azərbaycanda Equinor-un şəxsində, öz üzərinə götürəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jw3mi4

Ən çox baxılan