Norveç ”Pxençan-2018”in qalibi oldu

Azərbaycan nümayəndə heyəti bağlanış mərasimində iştirak etməyib

Source:


Azərbaycan nümayəndə heyəti bağlanış mərasimində iştirak etməyib

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunları fevralın 25-də başa çatıb.

“Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edib. Bu, indiyə qədər Qış olimpiadalarında iştirakçıların sayına görə rekord göstəricidir. Oyunlara ən çox idmançı ilə qatılan ölkə ABŞ (242 atlet) olub.

Ancaq qazanılan qızıl medalların sayına görə rekorda Norveç imza atıb.

Norveç 39 medal qazanıb. Bununla da Norveç ABŞ-ın Vankuver-2010 Olimpiadasındakı rekordunu yeniləyib. Həmin Olimpiya Oyunlarında ABŞ yığması 37 medal əldə etmişdi.

İkinci və üçüncü yerləri Almaniya, Kanada bölüşdürüb. Sonrakı mükafatçılar ABŞ, Hollandiya, İsveç, Cənubi Koreya, İsveçrə, Fransa, Avstriya olub.

Rusiya Olimpiya Atletləri (ROA) isə medal kolleksiyasına ikinci “qızıl”ı əlavə edib və bunun sayəsində medal qazanan ölkələrin sıralamasında 13-cü yerə yüksəlib.

Ümumilikdə 30 ölkə Koreyada ən az bir dəfə fəxri kürsüyə yüksəlmək sevinci yaşayıb.

Oyunlarda Azərbaycan dağ xizəkçiliyi yarışlarında təmsil olunub. Əslən avstriyalı

Patrik Braxner

çıxışını başa vura bilməyib.

Azərbaycan nümayəndə heyəti bağlanış mərasimində iştirak etməyib. Səbəb heyətin Cənubi Koreyanı tərk etməsidir. Anar Bağırov deyib ki, bayrağımızı könüllü daşıyacaq.

Ana səhifəXəbərlərNorveç ”Pxençan-2018”in qalibi oldu