Nobel Sülh mükafatının sahibi məlum olub

Kolumbiyada vətəndaş müharibəsi 50 ildən artıq davam edib

Source:
Xuan Manuel Santos foto APA
Xuan Manuel Santos foto APA
Xuan Manuel Santos foto APA
Xuan Manuel Santos foto APA


Kolumbiyada vətəndaş müharibəsi 50 ildən artıq davam edib

2016-cı il üçün Nobel Sülh mükafatının sahibi açıqlanıb.

APA-nın məlumatına görə, mükafata Kolumbiya prezidenti Xuan Manuel Santos layiq görülüb.

O, Kolumbiya İnqilabi Silahlı Qüvvələri ilə hökumət arasında sülh əldə olunmasına görə Nobel Sülh mükafatına layiq bilinib. Tərəflər arasında sülh müqaviləsi bu il sentyabrın 26-da imzalanıb.

Kolumbiyada vətəndaş müharibəsi 50 ildən artıq davam edib. 220 min nəfər 1964-cü ildən başlayan müharibənin qurbanı olub.

Ana səhifəXəbərlərNobel Sülh mükafatının sahibi məlum olub