Venesuela müxalifət lideri Maria Korina Maçado bu ilki Nobel Sülh Mükafatına layiq görülüb.
Norveç Nobel Komitəsi cümə günü açıqladığı qərarda onun “ölkəsində demokratik hüquqları təşviq etməsi və demokratiyaya keçid uğrunda mübarizəsi”ni əsas gətirib.
Komitənin bəyanatında deyilir ki, “avtoritar rejimlər hakimiyyəti ələ keçirdiyi zaman, azadlıq uğrunda mübarizə aparan cəsur insanları tanımaq həyati əhəmiyyət daşıyır”.
Nobel Komitəsinin bu il diqqətini Venesuelaya yönəltməsi, beynəlxalq səviyyədə maraqla qarşılanıb.
ABŞ prezidenti Donald Tramp il ərzində bir neçə dəfə özünün Nobel Sülh Mükafatına layiq olduğunu iddia etmişdi. Lakin ekspertlər onun bu mükafatı almayacağını, çünki “Nobel Komitəsinin qiymətləndirdiyi beynəlxalq qayda və institutları zəiflətməyə çalışdığını” bildirmişdilər.
Mükafatın dəyəri 11 milyon İsveç kronu (təxminən 1,2 milyon ABŞ dolları) təşkil edir.