Nobel Sülh Mükafatı 17 yaşlı pakistanlı xanıma verildi

O, Talibanın qız məktəblərini dağıtmasına qarşı çıxıb, 2012-ci ildə başından güllələnib

Source:


O, Talibanın qız məktəblərini dağıtmasına qarşı çıxıb, 2012-ci ildə başından güllələnib

Oktyabrın 10-da Osloda Nobel Sülh Mükafatı elan olundu. Namizdələr arasında Edvard Snohuden, Papa Frensis və digər tanınmış şəxslərin adı hallanırdı.

Norveç Nobel komitəsinin nümayəndəsi Työbrun Yaqland elan etdi ki, 2014-cü ilin Nobel lauretaları Pakistanlı Məlalə Yusofzai və  Hindistanlı Hindistanlı Kailash Satyarthi-dır. Sonuncu ad nisbətən gözlənilməz olsa da, məktəbli qız Məlalənın adı əsas namizədlər sırasında çəkilirdi. O, Talibanın qız məktəblərini dağıtmasına qarşı çıxıb, 2012-ci ildə başından güllələnib.

Norveç Nobel Komitəsi bildirib ki, 1.1 milyon dollarlıq mükafat üçün bu il rekord sayda – 278 nominasiya qəbul edib. Onların arasında Azərbaycan yazıçısı Əkrəm Əylisli də olub.

Nobel Mükavatı dekabrın 10-da, Osloda təqdim olunacaq

Ana səhifəXəbərlərNobel Sülh Mükafatı 17 yaşlı pakistanlı xanıma verildi