İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Nizami Qocayev Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.
***
Onun daha yüksək vəzifəyə təyinat alacağı bildirilir
İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.
Rayon Polis Şöbəsindən APA-ya N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.
Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.
N. Qocayevin daha yüksək vəzifəyə təyinat alacağı bildirilir.