Niyaz Niftiyevlə bağlı Baş prokurora və məhkəmə sədrinə müraciət edildi

Keçmiş bələdiyyə sədrinin aclıq aksiyası keçirdiyi bildirilir

Source: Azadsəs


Keçmiş bələdiyyə sədrinin aclıq aksiyası keçirdiyi bildirilir

Bir qrup jurnalist, QHT rəhbəri və ictimai fəal hazırda həbsdə olan Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyevlə bağlı müraciət edib.

Azərbaycanın Baş prokuroru Kamran Əliyevə və Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə ünvanlanmış müraciətdə Niyaz Məmmədəli oğlu Niftiyevin aclıq aksiyası keçirməsindən narahatlıq ifadə olunur.

Deyilir ki, Niyaz Niftiyev ömrünün təxminən 20 ilini aktiv jurnalist fəaliyyətinə sərf edib, hamının hörmət etdiyi nüfuzlu bir imza sahibidir. O, 1998-ci ildən 2020-ci ilin yanvar ayına kimi “Azadinform” İnformasiya Agentliyində parlament müxbiri, redaktor və baş redaktor vəzifələrində çalışıb.

“Media fəaliyyətinin 22 ilini dövlətçilik və cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına səfr edib. 2015-ci ildə “Azərbaycanda birgəyaşayış və multikulturalizm”, 2017-ci ildə isə “Mətbuatda multikulturalizm” kitablarını yazaraq nəşr etdirib. Bu sahədə fəaliyyətinə görə, bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülüb.

Ölkə jurnalistlərinin etimadını qazanaraq Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.

Cənab Baş Prokurur,

Niyaz Niftiyev 23 dekabr 2019-cu ildə ölkəmizdə keçirilən Bələdiyyə seçkilərində iştirak edərək Binəqədi qəsəbə Bələdiyyə üzv, 07 aprel 2020-ci ildə Binəqədi qəsəbə Bələdiyyəsinin sədri seçilib. Cəmi bir həftə müddətində: 07 aprel 2020-ci ildən 14 aprel 2020-ci il tarixinədək bələdiyyə sədri vəzifəsində çalışıb. Həmin vaxt karantin qaydalarının pozulması, bir sıra vətəndaşlara qanundankənar arayışlar verilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı həbs edilib. O, 3 saxta arayışa imza atmaq, bunun qarşılığında 214 manat rüşvət almaqda günahkar bilinir.

Niyaz Niftiyev irəli sürülən ittihamları qəti şəkildə rədd edir, özünü günahsız sayır. Hazırda N.Niftiyev özünə qarşı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb. Onun səhhətindəki problemlər bizi narahat edir. Aclıq aksiyası onun səhhətini daha da pisləşdirə bilər”, – müraciətdə deyilir.

Müraciət müəllifləri Baş prokurordan Niyaz Niftiyevin işini şəxsi nəzarətə götürməyi və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edirlər.

Niyaz Niftiyev Binəqədi bələdiyyəsində Gəlirlərin və yerli vergilər şöbəsinin rəisi Sahib Abışovla birlikdə tutulub https://d9mc3ts4czbpr.cloudfront.net/ru/article/belediyye-sedri-yeniden-hebs-edilib/. Onlar xüsusi karantin rejimində sərbəst hərəkət etmək imkanı əldə etmək istəyənlərə saxta arayışlar verməkdə ittiham olunur. İddiaya görə, bələdiyyə sədri və şöbə rəisi birlikdə 431 nəfərə saxta arayış satıblar. Arayışlarda həmin adamların qəsəbə ərazisində meyvə-tərəvəz və başqa yeyinti məhsullarının satışıyla məşğul olduqları yazılıb.

Onların tutulması barədə rəsmi məlumatda deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi arayış satışı barədə daxil olan məlumat əsasında bələdiyyənin binasında əməliyyat keçirib.

Onlar iki gün şübhəli şəxs qismində saxlandıqdan sonra aprelin 17-də N.Niftiyev barəsində polis nəzarətinə vermə, S.Abışov haqqında isə həbs-qətimkan tədbiri seçilib. Sonradan N.Niftiyev də həbs olunub.

Ana səhifəXəbərlərNiyaz Niftiyevlə bağlı Baş prokurora və məhkəmə sədrinə müraciət edildi