Nikol Paşinyan: Qarabağ müharibəsinə son qoymaq üçün bəyanatı imzaladım

Yaxın saatlarda Ermənistanın kapitulyasiyasının elan olunacağı bildirilir

Source: Reuters


Yaxın saatlarda Ermənistanın kapitulyasiyasının elan olunacağı bildirilir

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı sənədə imza atdığını bildirib. O, bu barədə özünün "Facebook" hesabında yazıb.

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim. Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”.

Paşinyan deyib ki, bu qərarı hərbi vəziyyətin dərin təhlili nəticəsində verib. O hesab edib ki, indiki vəziyyət milli birliyin başlanğıcı, intibah dövrü olmalıdır:

“Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqillik illərimizi təhlil etməliyik. Bütün qurbanlarımızın qarşısında diz çökürəm. Vətənini canları ilə müdafiə edən və qoruyan bütün əsgərlərimiz, generallarımız, könüllülərimizin qarşısında baş əyirəm”. Baş nazir sona qədər mübarizə aparacaqlarını da deyib.

APA isə diplomatik mənbələrinə istinadən yazır ki, yaxın saatlarda Ermənistanın kapitulyasıyasını elan edəcəyi sənədin imzalanması gözlənilir. Məlumata görə, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında aparılacaq müzakirələrdən biri də regiona Rusiya və Türkiyə sülhməramlılarının yerləşdirilməsi ilə bağlı ola bilər.

“Müzakirələr nəticəsi olaraq, erməni silahlı qüvvələri Ağdam, Kəlbəcər və Laçın rayonlarının heç bir hərbi əməliyyat olmadan, sülh şəraitində boşaldacaq və Azərbaycan bu ərazilərə nəzarəti bərpa edəcək. Dağlıq Qarabağın statusu müzakirə predimeti olmayacaq”, – agentlik yazır.

Ana səhifəXəbərlərNikol Paşinyan: Qarabağ müharibəsinə son qoymaq üçün bəyanatı imzaladım