Nikol Paşinyan: Mən oğlumu Qarabağa göndərməklə orada müharibənin başlamasını istəmirəm

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktova

müsahibə verib

. Meydan TV müsahibənin Azərbaycan oxucusu üçün marağını nəzərə alaraq tam mətnini tərcümə edib.


Müsahibənin orjinalını səsli dinləmək

istəyənlər üçün


A.Venediktov

:

– Cənab Baş nazir, bizi qəbul etdiyiniz üçün Sizə minnətdarıq. Saytımızın ilk sualı: soruşurlar ki, “Hakimiyyətin yükü çox ağır deyil?”


N.Paşinyan:

– Xalqın tam etibarını qazanmaq böyük şərəfdir. Odur ki, hakimiyyət ağır deyil, ağır olan qorxudur… Əslində “qorxu” da deyil. Amma elə “qorxu” da demək olar… bu xalqı peşman etmək, xalqı peşman etmək və… Yəni onun bizim hökumətlə, mənimlə və başqaları ilə bağlı ümidlərini doğrultmamaq qorxusu ağırdır.

Amma ümumilikdə yenə də deyirəm: erməni xalqına, Ermənistan Respublikasına xidmət etmək mənim üçün böyük şərəfdir.


A.Venediktov

:

– Amma bu şərəf həm də yükdür. Üstəlik məsuliyyət. Şərəfi hamımız sevirik, məsuliyyəti isə yox.


N.Paşinyan

:

– Əlbəttə, haqlısınız. Amma mən bu yükün altına məcburən deyil, öz xoşumla girmişəm. Və… Bu yükü daşımaq mənim üçün böyük şərəfdir.


A.Venediktov

:

– Biz bu gün əsas etibarı ilə Rusiya-Ermənistan münasibətlərindən danışacağıq, çünki bu müsahibəni rus auditoriyası üçün götürürük. Siz prezidentimizlə ünsiyyət qurmağa başlayanda onunla ünsiyyətin daha asan, yoxsa daha çətin olacağını düşünürdünüz?


N.Paşinyan

:

– Mən Putinin ünsiyyətdə daha çətin adam olduğunu düşünürdüm. Onun çox dürüst və səmimi insan olması mənim üçün kifayət qədər xoş sürpriz oldu. Münasibətlərimizdə məni nə təmin edir? Biz hər şey barədə dürüst və səmimi danışa bilirik. Beləliklə, Moskvaya son səfərimdən sonra dedim ki, Ermənistan və Rusiya arasındakı münasibətlərdə qaranlıq bucaqlar olmamalıdır.

Bu, nə deməkdir? Bu, o demək deyil ki, biz bütün məsələlərdə bir-birimizlə razılaşacağıq. Bu, o deməkdir ki, biz bir-birimizə münasibətdə dürüst olacağıq və bu… Zənimcə, iki dövlətin, iki insanın bir-brinin gözünün içinə baxaraq birbaşa, səmimi və dürüst danışması ən böyük dostluqdur.


A.Venediktov:

– Cənab Baş nazir, bəs göz-gözə deyil, telefonla danışanda necə? Siz iki gün əvvəl prezidentlə danışmısınız.


N.Paşinyan

:

– Mən onun gözlərini xatırlayıram, o da mənim.


A.Venediktov:

– Belə bir sual var: “Paşinyan və onun komandası kimdir?” Rusiyaya münasibətdə.


N.Paşinyan

:

– Bilirsiniz, inqilab qalib gəlməmişdən öncə Rusiya parlamentinin bir qrup üzvü ilə görüşəndə onlar məndən “Rusiyanın bəzi sualları var. Bu suallar sizin əlaqələriniz, bioqrafiyanız və s. ilə bağlıdır”- deyə soruşdular. Onda mən onlara dedim: “Dostlar, siz yer üzündə ən güclü və effektli xüsusi xidməti olan ölkəni təmsil edirsiniz. Əgər bundan sonra da sizin bütün sullara…


A.Venediktov

:

– Guya siz yapon casususunuz.


N.Paşinyan

:

– …bütün suallara cavabınız yoxdursa, bu, sizi narahat etməlidir, çünki bildiyiniz kimi, mən, ümumiyyətlə, ictimai adamam və həyatım 1991-ci ildən başlayaraq, hətta ondan əvvəl də, hələ 16 yaşlı tələbə olduğum dövrdən göz qabağındadır və həyatımda heç bir sirr yoxdur. Mənim kiminlə ünsiyyət qurduğumu, kiminlə danışdığımı, nə düşündüyümü, necə düşündüyümü, baxışlarımı, onların hansı təkamülə uğradığını və s. bilmək üçün sadəcə 1991-ci ildən indiyədək mətbuatı gözdən keçirmək lazım idi.


A.Venediktov:

– Bilirsiniz, şükür Allaha, mən deputat deyiləm və mənim məsuliyyətim yoxdur. Mən məsuliyyətsiz jurnalistəm, odur ki, sizdən belə bir şey soruşacam. Sizin Euronews-a verdiyiniz müsahibəni izlədim və anlamadım: Ermənistan NATO-ya can atacaq? Zənnimcə, onlar sizdən soruşmuşdular.


N.Paşinyan:

– Yox, əlbəttə. Yox.


A.Venediktov:

– Niyə yox? Görəsən, niyə yox?


N.Paşinyan:

– Çünki biz indi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük və hazırda deyirik ki, məqsədimiz Ermənistanın bu təşkilatda üzvlüyünün günü-gündən daha effektiv olmasıdır. Bizim KTMT-dəki müttəfiqlərimizə bəzi suallarımız var və indi bizim məqsədimiz bu təşkilatı daha effektiv etməkdir…


A.Venediktov:

– Yəni məqsədiniz buradan NATO-ya qaçmamaqdır.


N.Paşinyan

:

– Hə, əlbəttə.


A.Venediktov:

– Amma siz NATO-ya getmisiniz.


N.Paşinyan:

– Bilirsiniz, mən NATO-ya getmişəm və Ermənistan artıq uzun müddətdir ki, bu proqramda iştirak edir. Biz nə barədə danışdıq? Mən harda iştirak etdim? Mən iclasda, sammitdə iştirak etdim… NATO-nun sammitində deyil, NATO çərçivəsində Əfqanıstanda sülhməramlı missiyada iştirak edən ölkələrin sammitində oldum.

Yəni NATO çərçivəsində bizim bəzi proqramlarmız var, biz üstəlik Kosovoda sülhməramlı missiyada iştirak edirik, bizim ümumi proqramlarımız var, bizim NATO ilə əməkdaşlığımız yeni başlamayıb, bu, uzun müddətdir ki, davam edir, kifayət qədər uzun müddət. Və bu, davam edəcək.

O ki qaldı 102-ci hərbi bazaya, o, Ermənistan respublikasının təhlükəsizliyi sisteminin çox mühüm hissəsidir.


A.Venediktov:

– Bununla əlaqədar həmçinin…


N.Paşinyan

:

– Və bu, heç də kiməsə qarşı əməkdaşlıq deyil. Bu əməkdaşlıq həm də regional əməkdaşlıq metodudur – biz bu çərçivədə üstəlik Gürcüstanla əməkdaşlıq edirik, çünki əfsuslar olsun ki, bizim və Gürcüstanın bu mənada fərqli xarici siyasəti var və bu vəziyyəti necəsə tarazlaşdırmaq lazımdır. Bir də bizim üçün NATO çərçivəsində Gürcüstanla münasibətlərimiz çox vacibdir.


A.Venediktov

:

– Bağışlayın, sizə birbaşa, bəlkə də mənasız bir sualım olacaq. Sizə “Krımı tanıyın, biz də Qarabağı tanıyarıq” deyə təklif etməyiblər ki?


N.Paşinyan:

– Yox, təklif etməyiblər…


A.Venediktov

:

– Hətta deputatlar da təklif etmirlər?


N.Paşinyan

:

– Yox.


A.Venediktov

:

– Qəribə deputatlardır. Yaxşı. Gəlin, Qarabağdan danışaq. Siz çox əhəmiyyətli bir cümlə işlətdiniz. Mən onu anlamadım. Siz dediniz ki… Nəyisə düz deməsəm, siz düzəliş verin… Qarabağ məsələsi (məzmunca) Rusiyanın əlindədir.


N.Paşinyan

:

– Yox, mən belə demədim.


A.Venediktov

:

– İzah edin, siz nəyi nəzərdə tuturdunuz?


N.Paşinyan

:

– Yox, mən başqa şey dedim. Mən dedim ki, hazırda bizim bölgədə vəziyyət olduqca gərgindir. Mən Azərbaycanın aqressiv siyasətini nəzərdə tuturdum. Müharibə ehtimalı çox böyükdür. Və mən dedim ki, biz müharibəyə hazır olmalıyıq.

Amma mən başqa şey dedim. Mən də, bütün ermənilər də, Ermənistanda hər kəs də əmindir ki, Rusiyanın bizim bölgədə münaqişənin yenidən genişlənməsinə yol verməmək və Azərbaycanın Ermənistana və Qarabağa hücumunun qarşısını almaq üçün bütün vasitələri var. Və mən bundan sonra dedim: “İnana bilmərəm ki, Rusiya müharibənin qarşısını almaq üçün bu imkanlardan istifadə etməyəcək”. Dedim ki, Rusiyanın müharibəyə yol verməməsi üçün bütün vasitələri, bütün imkanları var və heç cür inana bilmərəm ki, bizim strateji müttəfiqimiz, çoxəsrlik qardaşımız və çoxəsrlik dostumuz bu müharibəyə yol verər. Mən buna inana bilmərəm.


A.Venediktov

:

– Bəs niyə bu söhbət meydana gəldi? Çünki Rusiya Azərbaycana silah satır? Siz bu barədə Putinlə danışmısınız?


N.Paşinyan

:

– Bəli, danışmışam.


A.Venediktov

:

– O, yəqin sizə “Bu biznesdir” deyib, hə?


N.Paşinyan

:

– Bizim nə danışdığımız…

A.Venediktov

– Yox, mən sitatı deyil, ümumi məzmunu nəzərdə tuturdum.


N.Paşinyan

:

– Məzmun deyəndə ki – zənnimcə, iki ölkənin ictimai mövqeyi səsləndirilib və mən indi söhbətimizin incəliklərini açıqlamaq istəməzdim.


A.Venediktov

:

– Cənab Baş nazir, mən Rusiyanın, sizin dediyiniz kimi, Azərbaycanı atacağı addımlardan necə çəkindirəcəyini anlamağa çalışıram. Mən silah embarqosunu başa düşürəm.


N.Paşinyan

:

– Yox-yox, bu…


A.Venediktov

:

– Bu, başqadır.


N.Paşinyan

:

– Silah embarqosu başqa söhbətdir və biz bu söhbəti təkcə Rusiya ilə deyil, həm də Belarusla, bizim KTMT-dəki digər tərəfdaşlarımızla da davam etdirəcəyik. Çünki biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük. Amma mən mətbuat konfransımda Rusiyanın bölgəyə mümkün siyasi, geosiyasi, iqtisadi təsirini nəzərdə tutmuşdum. Və mən düşünürəm ki, bəli, Rusiyanın müharibəyə yol verməmək üçün bütün vasitələri var və mən inanmaram ki, Rusiya bu müharibənin qarşısını almaq üçün həmin vasitələrdən istifadə etməsin.


A.Venediktov

:

– Bu mənada bilirəm ki, prezident Putin Azərbaycan prezidenti ilə Ermənistan rəhbərliyi arasında dəfələrlə görüş təşkil edib… Yaxın gələcəkdə hər hansı bir format nəzərdə tutulubmu?


N.Paşinyan

:

– Bildiyiniz kimi, Rusiya prezidenti artıq birinci addımı atıb. Mən Futbol üzrə Dünya Çempionatı ilə bağlı Moskvada olanda Vladimir Vladimiroviç məni Azərbaycan prezidenti ilə tanış etdi. Biz tanış olduq. Sadəcə təəssüf ki, bu tanışlıq o qədər də effektiv olmadı, İlham Əliyev də NATO sammitində iştirak edirdi, amma biz orada bir-birimizlə salamlaşmamışıq, nəsə belə alındı.


A.Venediktov

:

– Amma axı siz zəng edə bilərsiniz?


N.Paşinyan

:

– Bilirsiniz, bəli, bu, yaxşı fikirdir, amma məndə onun telefon nömrəsi yoxdur.


A.Venediktov

:

– Oğlunuz, həqiqətən də, Qarabağda xidmət edir?


N.Paşinyan

:

– Bəli.


A.Venediktov

:

– Və bu gün oxudum ki, o, deyildiyi kimi, ön mövqedə xidmət edir.


N.Paşinyan

:

– Mən bunu deyə bilmərəm, çünki, özünüz başa düşürsünüz, bu…


A.Venediktov

:

– Amma təsərrüfat hissəsində deyil?


N.Paşinyan

:

– Yox, əlbəttə ki, təsərrüfat hissəsində deyil.


A.Venediktov

:

– Onu niyə ora göndərmisiniz?


N.Paşinyan

:

– Bilirsiniz…


A.Venediktov

:

– Axı siz Baş nazir kimi onu başqa yerə düzəldə bilərdiniz. Zimbabveyə hərbi attaşe.


N.Paşinyan

:

– (gülür) Bilirsiniz… Təəssüf ki, Zimbabvedə səfirliyimiz yoxdur, odur ki, siz deyən kimi etmədim. Çoxu… Oğlumun Qarabağa yollanması ilə bağlı… Oğlum oraya könüllü kimi gedib – bu, çox mühümdür, çoxu bunu aqressiv jest kimi yozur.


A.Venediktov

:

– Hə…


N.Paşinyan

:

– Əksinə. Azərbaycanla müharibə ehtimalı çox böyükdür. Biz müharibəyə hazır olmalıyıq


A.Venediktov

:

– Əksinə?

N.Paşinyan

– Əksinə. Bu, sülhpərvər jestdir, çünki, zənnimcə, biz hamımız anlayırıq ki, mən oğlumu Qarabağa göndərməklə orada müharibənin başlamasını istəmirəm. Allah eləməsin ki, mənim oğlum və digər həmvətənlərimin oğlu, Azərbaycan oğulları, Azərbaycanın sıravi vətəndaşlarının oğulları həlak olsun. Bu, məntiqi deyil, axı əgər mən… Əlbəttə ki, bu, mənim üçün problemdir: mən bunun baş verməsini istəmirəm. Prezident İlham Əliyev öz oğlunu həmçinin ora hərbi xidmətə göndərsə, mən buna şad olaram. Çünki onun da oğlu orda xidmət etsə, bəlkə də bu… Mən bunu sülhpərvər jest kimi qəbul edərəm, çünki mən… Onda hamımız əmin olardıq ki, cənab Əliyev həmçinin oğlunun həlak olmasını istəməz.


A.Venediktov

:

– Bəs niyə hesab edirsiniz ki, müharibə təhlükəsi artır? Bunun hansı əlamətlərini görürsünüz.


N.Paşinyan:

– Götürək Azərbaycan hökumətinin ritorikasını…


A.Venediktov

:

– Bilirsiniz, ritorika…


N.Paşinyan

:

– Bilirsiniz, ritorika – bu… Reallıq nədir? Reallıq – bizim düşüncələrimizin davamıdır. Əgər biz bu barədə düşünmürüksə, onu reallaşdıra bilmərik. Biz isə düşündüyümüz şeyləri dilimizə gətiririk. Hər bir halda mən bu cür etməyə alışmışam. Mən düşündüyüm şeyləri dilimə gətirirəm. Mən bir şey düşünüb…


A.Venediktov

:

– Bu təhlükəlidir.


N.Paşinyan

:

– Mən bunun təhlükəli olub-olmadığını düşünmürəm, mən həmişə bu cür etmişəm.


A.Venediktov

:

– Siz, ümumiyyətlə, öz həyatınız boyu, deyək ki, həm də ümid edirəm, mənim həyatım boyu Qarabağ ətrafında məsələnin qlobal şəkildə həlli ehtimalını görürsünüz?


N.Paşinyan

:

– Hə, əlbəttə! Hə, əlbəttə!


A.Venediktov

:

– Bilirsiniz, siz inanırsınız… Onlarsa… Kompromis həll budur?


N.Paşinyan

:

– Bax, çox düz dediniz – “kompromis”. Çoxu bizdən soruşur: “Bəs siz kompromisə hazırsınız?” Bilirsiniz, heç kim soruşmur: “Bəs Azərbaycan kompromisə hazırdır?”

Mən deyirəm ki, biz istənilən vəziyyətdə adekvat olacağıq. Və indi… Mən artıq dedim ki, oğlumun Dağlıq Qarabağda xidmət etməsi sülhpərvər jestdir. Bu, o deməkdir ki, mən müharibə istəmirəm. Amma bu, həm də o deməkdir ki, mən öz xalqımı, öz ölkəmi müdafiə etmək üçün heç nəyə aman verməyəcəm. Amma biz müharibə istəmirik. Hərçənd Azərbaycan müharibəyə başlasa, biz də, sözsüz ki, müharibə edəcəyik.

Amma heç kim soruşmur: “Bəs Azərbaycan güzəştə hazırdırmı?”


A.Venediktov

:

– Mən prezident Əliyevin yanına gedib çıxanda ona bu sualı verəcəm.


N.Paşinyan

:

– Hə… Ona bu sualı verin.


A.Venediktov

:

– Bir də sizin üçün telefon nömrəsini istəyəcəm.


N.Paşinyan

:

– Hə.


A.Venediktov

:

– Cənab Baş nazir, biz Qarabağdan danışdıq, mən isə 90-cı illərdən Rusiyada yaşayan çoxlu sayda erməni qaçqınlarını xatırladım.


N.Paşinyan

:

– Hə.


A.Venediktov

:

– Onların qayıtmağa yeri yoxdur. Siz bu problemi müzakirə etmisiniz?


N.Paşinyan

:

– Siz Bakıdan, Azərbaycandan olan qaçqınları nəzərdə tutursunuz?


A.Venediktov

:

– Hə.


N.Paşinyan

:

– Bilirsiniz, mən konkret olaraq bu məsələni müzakirə etməmişəm, çünki… Bu məsələ Qarabağ münaqişəsi kontekstində və Ermənistanla Azərbaycan arasındakı münasibət kontekstində müzakirə olunmalıdır.

A.Venediktov

– Axı azərbaycanlı qaçqınlar da var. Amma onlar Rusiyada yaşamırlar. Mən Rusiyadanam, ona görə də Rusiyada yaşayanlar haqqında soruşuram.


N.Paşinyan

:

– Hə.


A.Venediktov

:

– Yəni bu sual elə-beləcə, açıq qalır?..


N.Paşinyan

:

– Bilirsiniz…

Bölgəmizdə münaqişənin genişlənməsinə yol verməmək və Azərbaycanı bu addımdan çəkindirmək üçün Rusiyanın bütün vasitələri var.


A.Venediktov

:

– Onların Rusiya vətəndaşlığı yoxdur…


N.Paşinyan

:

– Azərbaycan bu məsələni tez-tez qaldırır.


A.Venediktov

:

– Hesab edin ki, mən qaldırdım.


N.Paşinyan

:

– Bildiyiniz kimi, qaçqınlar olduqca çoxdur, onlar yüz minlərlədir, hətta daha çoxdur, amma nədənsə onlar Azərbaycandan çoxlu sayda erməninin qaçması barədə danışmırlar. Özü də bu ermənilər heç nəsiz qaçıblar. Heç nəsiz. Onlar sadəcə qaçmayıblar, onlar qaçmaqla canlarını qurtarıblar, çünki onları Bakıda, Sumqayıtda, Kirovabadda (indiki Gəncə – tərc.) qətlə yetiriblər. Azərbaycanın hər yerində. Azərbaycanlılar sovet ordusunun köməyi ilə erməniləri qətlə yetirdikləri üçün Qarabağ münaqişəsi bu vəziyyətdədir. Amma heç kəs soruşmur: “Ermənistanda bir azərbaycanlıya qarşı, – onlarsa Ermənistanda heç də az olmayıb, – hər hansı bir zorakı əməllər həyata keçirilib?”


A.Venediktov

:

– Amma Qarabağda həyata keçirilib. Üstəlik bu 11 rayon, yoxsa neçə…


N.Paşinyan

:

– Bilirsiniz, o zaman Qarabağ sovet Azərbaycanının tərkibində DQMV, Dağlıq Qarabağ Muxtar Vilayəti idi. Və Dağlıq Qarabağ Azərbaycanın tərkibindən Sovet İttifaqının qanunları ilə çıxıb. Bunu xüsusi qeyd etmək lazımdır.

Mən başqa şeydən danışıram. Ermənistanda yaşayan azərbaycanlılar Ermənistandan qaçmayıblar. Ermənistan hökuməti onları kifayət qədər sivil şəkildə yola salıb və bir dəfə də olsun zorakılıq hadisəsi olmayıb. Ermənistan ərazisindən.


A.Venediktov

:

– Lütfən, deyin. Saytdakı dinləyicilərimiz soruşurlar: “Rusiya qoşunları Ermənistan ərazisində hansı rol oynayır?” Sərhədçilər və ayrıca 102-ci baza nəzərdə tutulur.


N.Paşinyan

:

– Bəli, rus sərhədçiləri Türkiyə ilə Ermənistan arasındakı sərhədi qoruyurlar. Və bu, Ermənistana çox lazımdır, biz faktiki azad olmuşuq, bizim silahlı qüvvələrimiz bu öhdəlikdən azad olub. Çünki bu uzun sərhədin müdafiəsi məsuliyyətini üzərimizə götürmək bizim üçün böyük yük olardı.

O ki qaldı 102-ci bazaya…


A.Venediktov

:

– Bu, həm də İran sərhədidir, Ermənistan-İran sərhədi.


N.Paşinyan

:

– Bəli, həmçinin Ermənistan-İran sərhədidir.


A.Venediktov

:

– Yəni siz onları kənarlaşdırmağa hazırlaşmırsınız?


N.Paşinyan

:

– Əlbəttə. Mən ki bu barədə dəfələrlə bəyan etmişəm. Və təəssüf ki, bundan sonra da… Təəssüf ki, Rusiyanın bəzi politoloqları, ekspertləri və s. mənim bu bəyanatlarıma-elanlarıma etinasız yanaşırlar.


A.Venediktov

:

– Siz də təkrar edin.


N.Paşinyan

:

– Mən dedim. O ki qaldı 102-ci hərbi bazaya, o, Ermənistan Respublikasının təhlükəsizlik sisteminin çox mühüm hissəsidir. Çünki bizim müqavilələrimiz var və bu hərbi bazanın həmin müqavilələr üzrə konkret öhdəlikləri var. Bu, o demək deyil ki, bizim hərbi bazanın fəaliyyəti ilə bağlı heç bir problemimiz yoxdur və s. Ümumiyyətlə, mən deyirəm ki, Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda mövcudluğu respublikamızın milli maraqlarına xidmət edir. Bu isə o demək deyil ki, o mənim təsəvvürlərimə və ya bu və başqa hökumətin təsəvvürlərinə uyğundur. Bu, Ermənistan Respublikasının milli maraqlarına uyğundur.


A.Venediktov

:

– Başqa sözlə, sərhədçilərlə və 102-ci baza ilə bağlı məsələdə status-kvo saxlanılır?


N.Paşinyan

:

– Bəli, əlbəttə.


A.Venediktov

:

– Bununla bağlı daha bir sual meydana çıxır. Mən müsahibəyə hazırlaşanda ona diqqət yetirdim ki, Ermənistanla Avropa İttifaqı arasında energetika üzrə ratifikasiya olunmuş müqavilə var. Bilirsiniz, energetika ciddi məsələdir. Və mən sizə atom stansiyası ilə bağlı birbaşa sual verirəm. Siz onu inkişaf etdirməyə hazırlaşırsınız? Yoxsa onu saxlamaq, ya da bağlamaq fikrindəsiniz? Rusiya ora investisiya qoyduğuna görə bu sual da rusiyalı jurnalistdəndir.


N.Paşinyan:

Biz diasporamızın potensialından yararlanmaq imkanı əldə etmək üçün Konstitusiyanın maddəsini dəyişmək niyyətindəyik. Əlbəttə ki, biz atom stansiyasının istismar müddətini artırmaq məsələsi üzərində işləyirik. Ermənistan üçün atom energetikasına malik olmaq çox vacibdir və biz atom elektrik stansiyasının istismar müddətini 2040-cı ilə kimi artırmağa ümid edirik, o vaxta qədər isə yeni atom enerji stansiyası tikməyə cəhd edəcəyik. Ümid edirəm ki, Rusiya bu məsələdə bizə yardımçı olacaq. Çünki təəssüf ki, hazırda bu prosesə müstəqil şəkildə başlamaq üçün əlimizdə kifayət qədər maliyyə vəsaiti yoxdur.

Amma əgər Rusiyadakı həmkarlarımız bizə kömək edərlərsə, bu köməyi məmnuniyyətlə qəbul edərik və biz bu mövzuda çox maraqlıyıq. Biz atom elektrik stansiyasını bağlamağa hazırlaşmırıq.


A.Venediktov

:

– Bununla bağlı dəmiryolu problemini xatırlayaq. Rusiya-Ermənistan dəmiryolunun, demək olar ki, fəaliyyətsiz qalmasının günahkarı kimdir?


N.Paşinyan

:

– Bilirsiniz…


A.Venediktov

:

– Problem nədədir? Bunu kim istəmir?


N.Paşinyan

:

– Günahkar geosiyasi vəziyyətdir.


A.Venediktov

:

– Cənab Baş nazir! Mən bu məsələdən xəbərsizəm. Rusiya onu istismar etməyə hazırdır? Siz hazırsınız? Gürcülər hazırdırlar? Abxazlar hazırdırlar? Kim hazır deyil?


N.Paşinyan

:

– Bilirsiniz, mən düşünürəm ki, indi belə bir proses gedir: İsveçrə firması nəqliyyat daşımaları ilə bağlı vasitəçi rolunu oynayacaq. Amma bunun Abxaziyanın dəmiryolu ilə heç bir əlaqəsi yoxdur, bu, avtomobil yolları ilə bağlıdır və mən ümid edriəm ki… Yuxarı Larsda alternativ yola malik olacağımıza ümid edirəm. Bir də düşünürəm ki, bu məsələyə mərhələli şəkildə yanaşmalıyıq. Biz xırda addımlarla da olsa irəli gedə bilsək, bu çox yaxşı olar. Odur ki, biz hər şey dərhal çözməyə çalışmamalıyıq, əksinə, xırda addımlarla irəliləməliyik.


A.Venediktov

:

– Belə başa düşürəm, burda fənd işlədirsiniz, siz bu problemin ətrafında nəqliyyat məsələsini çözməyi qərara almısınız. Dəmir yolu problemini dolayısı ilə keçmək istəyirsiniz. Elədir?


N.Paşinyan

:

– Yox. Düşünürəm ki, indi biz… Bu məsələ bizim üçün həmçinin maraqlıdır və biz dəmiryolu məsələsini gürcü həmkarlarımızla, rus həmkarlarımızla müzakirə etmək üçün bütün imkanlardan istifadə edirik. Və sözsüz ki, bu, Ermənistanın marağında olsun. Və biz bu məsələdə irəliləyişin olması üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Amma demək istəyirdim ki, İsveçrə şirkəti ilə bağlı məsələ tamamilə başqa mövzudur.


A.Venediktov

:

– Cənab Baş nazir, sonuncu sual. Rusiyada etnik ermənilər, o cümlədən Rusiya vətəndaşı olanlar çoxdur. Siz kimisə öz komandanıza çağırmağa hazırlaşmırsınız ki?


N.Paşinyan

:

– Əlbəttə, hazırlaşıram. Amma problem ondadır ki, Konstitusiyamızda böyük maneə var, çünki həmin adamlar başqa ölkə vətəndaşlarıdır… Məsələn, nazir son 5 il ərzində yalnız Ermənistan vətəndaşı olan və respublikada daimi əsaslarla yaşayan şəxs təyin edilə bilər.

İndi biz Konstitusiyanın bu maddəsini dəyişməyə hazırlaşırıq ki, diasporamızın, o cümlədən Rusiyadakı icmamızın potensialından yararlana, onları yeni Ermənistan quruculuğuna cəlb edə bilək.


A.Venediktov

:

– Mənim öz sualım da var. Seçkilərə nə vaxt gəlim? Sentyabrda, yoxsa mayda?


N.Paşinyan

:

– Bilirsiniz… O ki qaldı parlamentdəki seçkilərə, onlar həm oktyabrda, həm noyabrda, həm dekabrda, hətta mayda baş tuta bilər.


A.Venediktov

:

– Mən gələcəm.


N.Paşinyan

:

– Həm sentyabrda, həm mayda, çünki sentyabrda bizdə vacib seçkilər – Yerevan meri seçkiləri keçiriləcək. O ki qaldı parlament seçkilərinıə, buna baxarıq. Bu, prinsipcə həm oktyabrda, həm noyabrda, həm dekabrda, hətta mayda baş tuta bilər.


A.Venediktov

:

– Ermənistanın Baş naziri Nikol Paşinyan, çox sağ olun.


N.Paşinyan

:

– Siz sağ olun.


Redaksiyadan

:

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev N.Paşinyanın açıqlamalarına münasibət

bildirib

:

“Ermənistanın Baş naziri “Exo Moskvı” radiosuna müsahibəsində, onun xanımı isə Moskvada səsləndirdiyi təşəbbüsdə sülh istədiklərini bəyan edirlər. Əgər onlar həqiqətən sülh istəyirlərsə, onda Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsinə son qoymalı, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməlidirlər. Nəticə etibarilə, işğala əsaslanan “status-kvo” dəyişdirilməli və hərbi işğal faktı aradan qaldırılmalıdır. Fundamental məsələ budur”.

Meydan TV müsahibəyə siyasi şərhçilərin də münasibətini

öyrənib

.

Ana səhifəVideoNikol Paşinyan: Mən oğlumu Qarabağa göndərməklə orada müharibənin başlamasını istəmirəm