Nikol Paşinyan: Ermənistanla Azərbaycan arasında “hamını hamıya” formatında əsirlərin dəyişdirilməsi üzrə siyahı razılaşdırılıb

Nikol Paşinyan həmçinin bəyan edib ki, Qarabağ müharibəsindən və bir sıra rayonların Azərbaycana verilməsindən sonra bərpa olunan Ermənistan-Azərbaycan sərhədi cəbhə xəttinə çevrilməməlidir.

Source: Иллюстрация Мейдан ТВ


“Biz diplomatiyada uğursuzluğa düçar olmamışıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 5-də milli televiziya ilə Ermənistan xalqına müraciət edib.

O deyib ki, Ermənistanla Azərbaycan arasında “hamını hamıya” formatında əsirlərin dəyişdirilməsi üzrə siyahı razılaşdırılıb.

“Ən əsas məsələ əsirlərin qaytarılmasıdır. Demək istəyirəm ki, burda müəyyən irəliləyiş var. Mahiyyət etibarı ilə “hamını hamıya” mübadilə prinsipi razılaşdırlıb”, – Paşinyan telemüraciəti zamanı deyib.

O aydınlaşdırıb ki, söhbət həm Qarabağdakı eskalasiya zamanı, həm də ondan əvvəl əsir düşənlərdən gedir.

O, həmçinin başqa bir problemdən də – itkin düşənlərin axtarışından söhbət açıb. Paşinyanın dediyinə görə, noyabrın 9-dan etibarən münaqişə zonasından 600 həlak olmuş hərbi qulluqçunun meyiti çıxarılıb, 500 cəsəd tanınma mərhələsindədir.

Nikol Paşinyan həmçinin bəyan edib ki, Qarabağ müharibəsindən və bir sıra rayonların Azərbaycana verilməsindən sonra bərpa olunan Ermənistan-Azərbaycan sərhədi cəbhə xəttinə çevrilməməlidir.

Paşinyan bəyan edib ki, noyabrın 9-da imzalanmış Qarabağ üzrə üçtərəfli bəyanatda “Meğri dəhlizi” anlayışı yoxşdur, infrastrukturların bərpası haqda maddə var.

Üçtərəfli bəyanatın bəndlərindən birinə görə, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkil olunması məqsədilə nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılaşmasına görə, “Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə əlaqələndirən yeni nəqliyyat kommunikasiyalarının inşaatı” həmçinin təmin olunmalıdır.

Hazırkı vəziyyət Ermənistanda narazılığa səbəb olub, belə ki, bu planın Syunik vilayətinin Meğri ərazisindən gerçəkləşdirəcəyi barədə məlumat yayılıb.

Paşinyan həmçinin bəyan edib: “Qarabağdakı müharibəni təkcə noyabrın 9-da olduğu kimi belə bir sənədə qol çəkməklə dayandırmaq olardı”. “Biz diplomatiyada uğursuzluğa düçar olmamışıq, biz son 20-25 ilin diplomatik müvəffəqiyyətsizliklərinin yükünün öhdəsindən gəlmək cəhdlərində uduzmuşuq”, – o qeyd edib.

“Bizim guya ordunu məhv etməyimiz barədə absurd ittihamlar səslənir, guya biz gəldik və 2 il ərzində ordunu məhv etdik. Bizi “hava məkanını bağlamamaq”da günahlandırırlar. Xanımlar və cənablar, hava məkanı bağlanmışdı, çünki 2017-ci ildə erməni ordusu üçün 42 milyon dollara hava məkanını bağlamaq üçün mexanizmlər alınmışdı! Sonra bu mexanizmlərin sadəcə işləmədəyi aydınlaşdırıldı. Lakin onları 42 milyon dollara almışdılar”, – Paşinyan qeyd edib.

Ana səhifəSiyasətNikol Paşinyan: Ermənistanla Azərbaycan arasında “hamını hamıya” formatında əsirlərin dəyişdirilməsi üzrə siyahı razılaşdırılıb