Ermənistan yeni Baş nazirini seçəcək
Ermənistanda keçirilən aksiyanın lideri, deputat Nikol Paşinyan Ermənistanda Baş nazir postuna tək namizəddir.
“RİA Novosti”
yazır
ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Ermənistanın baş naziri vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti aprelin 30-da saat 18:00-da yekunlaşıb.
“Yelk” fraksiyası ölkə konstitusiyasının müddəalarına əsasən, Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur”, – məlumatda qeyd olunub.
Yerevan küçələrində aksiya keçirənlər artıq Paşinyanın Baş nazir olacağını indidən bayram edirlər. Ermənistanda mayın 1-də Baş nazir postuna seçkilər keçiriləcək.
Aprelin 16-dan Ermənistanda Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyaları nəticəsində Ermənistanın baş naziri Serk Sarkisyan istefa verib. Bundan sonra Paşinyan baş nazir olmağa hazır olduğunu bildirmişdi.