Nikol Paşinyan: Azərbaycan gücdən istifadə ilə hədələyirsə, kompromisdən söz gedə bilməz

“İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir”

Source:
Əli sarıqlı olan şəxs – Paşinyan
Əli sarıqlı olan şəxs – Paşinyan


“İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir”

Ermənistan parlamentində etiraz aksiyalarının lideri, deputat Nikol Paşinyanın baş nazir postuna seçilməsi ətrafında məsələ müzakirə edilir.

Hakim Respublikaçılar partiyası mövqeyini hələ ki, müəyyənləşdirməyib.

Parlamentdə çıxış edən N.Paşinyan Azərbaycanla münasibətlərə də

toxunub.


N.Paşinyan bəyan edib ki, Azərbaycan Ermənistana hərbi təhlükə yaradır.

“Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir. Biz hamımız anlamalıyıq ki, Azərbaycan rəhbərliyi İlham Əliyevin simasında hər bir imkandan istifadə edərək “Dağlıq Qarabağ Respublikasını” və Ermənistan Respublikasını hədələyir və hətta Ermənistan paytaxtının fəthindən danışır. Biz ölkəmizi qorumaq gücündə olmalıyıq. Gücdən istifadə təhlükəsinin aradan qalxmasını təmin etməliyik”.

Etirazçıların lideri deyib ki, Azərbaycan gücdən istifadə ilə hədələyirsə, o zaman kompromisdən söz gedə bilməz.

“Yalnız danışıqlar xətrinə danışıqlar gedir. Münaqişənin həlli ilə bağlı mühit olmadıqca heç bir həll də olmayacaq. Bu danışıqlar yalnız onda nəticə verə bilər ki, Azərbaycan beynəlxalq ictimaiyyətə aydın mesajlar göndərsin ki, beynəlxalq qanunlara hörmətlə yanaşır və bu kontekstdə konfliktin həllinə hazırdır”.

Yalnız Azərbaycan dünyaya gücdən istifadə etməyəcəyi barədə aydın mesaj verərsə, o zaman kompromisdən danışmaq olar, deyə Nikol Paşinyan onun Azərbaycana kompromisə gedib-getməyəcəyi barədə sualı cavablandırarkən deyib.

“Mən cəbhədə olmuşam. Dövlətimi qorumaq üçün silahdan istifadə etmişəm. Ermənistan və Qarabağı müdafiə etmək üçün”, o əlavə edib.

Bununla yanaşı N.Paşinyan bəyan edib ki, əgər Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını həllə etmə hüququnu tanısa bu zaman hansısa kompromisdən söhbət gedə bilər.

Ana səhifəXəbərlərNikol Paşinyan: Azərbaycan gücdən istifadə ilə hədələyirsə, kompromisdən söz gedə bilməz