O, maliyyə vəsaitlərinin mənimsənilməsində ittiham olunur
“Nikoil Bank”ın (Azərbaycan) İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb.
“Report” agentliyi bildirir ki, bu barədə “Moskva” Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur.
O, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilib. 2017-ci ilin payızında Azərbaycan KİV-də V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər olan müddətdə rəhbərlik etdiyi “Nikoil Bank”dan (Azərbaycan) 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə məlumatlar dərc olunub.