”Nikaha daxil olmaq istəyən 225 nəfərdə QİÇS tapılıb”

Ümumi 309224 nəfər müayinədən keçib

Source:
Nikah
Nikah


Ümumi 309224 nəfər müayinədən keçib

Nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunandan 309224 nəfər müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, 2015-ci il iyunun 1-dən 2017-cı il iyulun 31-dək müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxşdir:

”Bütün dövr ərzində müayinədən keçən 12 594 nəfərdə talassemiya daşıyıcılığı, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkarlanıb”.

Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Ana səhifəXəbərlər”Nikaha daxil olmaq istəyən 225 nəfərdə QİÇS tapılıb”