NİDA “Vicdana məktub” kampaniyasına başlayıb

Source:

NİDA Vətəndaş Hərəkatı “Vicdana məktub” kampaniyasına başladığını bəyan edib.

Hərəkatın Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, kampaniya çərçivəsində bu həftə araşdırmaçı jurnalist Xədicə İsmayıla (5 dekabr tarixində həbsindən bir il ötür), Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə (16 dekabr tarixində həbsindən 2 il ötür), NİDA Vətəndaş Hərəkatının üzvü Əbdül Əbilova (17 dekabr doğum günüdür), hüquq müdafiəçisi Leyla Yunusa (21 dekabr doğum günüdür) və hüquq müdafiəçisi Rəsul Cəfərova məktub yaza bilərsiniz.

Məktub yazmaq üçün bu linkdən istifadə edə bilərsiniz:

https://docs.google.com/forms/d/1vQNlf6FptrIoj-hB2k5lNz1BNTQaNjdK1xAPN-dMItI/viewform

#azadet #vicdanamektub #vicdanaməktub — Abdul Abilov, Khadija Ismayil, Rasul Jafarov və Anar A. Mammadli ilə.

Ana səhifəXəbərlərNİDA “Vicdana məktub” kampaniyasına başlayıb