Nida Vətəndaş Hərəkatı “Vicdana məktub” kampaniyasına başlayır

“Hər həftə 5 siyasi məhbusa məktub yazılacaq”

Source:


“Hər həftə 5 siyasi məhbusa məktub yazılacaq”

Bu barədə Nida Vətəndaş Hərəkatı Facebook səhifəsində açıqlama yayıb.

Hərəkat bildirir ki, hazırda ölkədə siyasi fəaliyyətinə, dini inanclarına görə həbs olunmuş 100 nəfərdən çox vicdan məhbusu var. Onlara tanımadıqları şəxslər tərəfindən yazılan bir neçə cümləlik məktub böyük mənəvi dəstək olacaq: “Bu dəstəyi onlar üçün göstərən hər kəsə öz adımızdan təşəkkür edirik. Hər həftə 5 nəfər üçün məktub yazılacaq. Bu həftə məktublarınızı araşdırmaçı-jurnalist Xədicə İsmayıla, Müsavat başqanının müavini Tofiq Yaqubluya, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyəti üzvü Seymur Həziyə, ilahiyyatçı Tale Bağırzadəyə və Nida Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundova yaza bilərsiniz”.

Ana səhifəXəbərlərNida Vətəndaş Hərəkatı “Vicdana məktub” kampaniyasına başlayır