Nida seçkilərə qatılır (VİDEO)

Nida Vətəndaş Hərəkatı bu ilin noyabrında keçiriləcək parlament seçkiləriylə bağlı mövqeyini ictimaiyyətə açıqlamaq üçün mətbuat konfransı keçirib. Nida seçkilərə getməyə qərar verib. Turqut Qəmbərin sözlərinə görə seçkilər xalqla təmas yaratmaq, siyasi məhbus problemi və ölkənin demokratikləşməsi uğrunda mübarizənin önəmini çatdırmaq üçün seçkilərdə iştirakın vacibliyini qeyd edib.

Ülvi Həsənli, Ramin Hüseynov, Elgiz Qəhrəman və Nicat Əmiraslanov Nidanı seçkilərdə təmsil edəcək namizədləridir. Keçmiş siyasi məhbuslar Üzeyir Məmədli və Zaur Qurbanlının da seçkilərdə iştirak məsələsi müzakirə olunur. Turqut Qəmbər Nidanın hər hansı bir partiya və ya siyasi hərəkatla ittifaq və ya blok yaratmaq niyyətlərinin olmadığını da vurğulayıb.

Ana səhifəVideoNida seçkilərə qatılır (VİDEO)