NİDA nümayəndə heyəti ATƏT-in illik toplantısında iştirak edir

Nəcmin Kamilsoy Azərbaycandakı insan haqqlarının pozulmasından, hətta icazəli aksiyalar zamanı insanların həbs olunmağından danışıb

Source:


Nəcmin Kamilsoy Azərbaycandakı insan haqqlarının pozulmasından, hətta icazəli aksiyalar zamanı insanların həbs olunmağından danışıb

Sentyabrın 21-də Varşavada ATƏT-in illik tədbiri öz işinə başlayıb. Tədbirdə NİDA Vətəndaş Hərəkatının nümayəndə heyəti də iştirak edib.

NİDA-nın beynəlxalq əlaqələr koordinatoru Nəcmin Kamilsoy da çıxış edib. Tədbirin əsas mövzularından biri toplaşma və birləşmə azadlığıdır.

N.Kamilsoy Azərbaycandakı insan haqqlarının pozulmasından, hətta icazəli aksiyalar zamanı insanların həbs olunmağından danışıb. Bildirib ki, referenduma təklif olunan dəyişikliklər hakimiyyəti daha da avtoritarlaşdıracaq və siyasi iştirakı daha da azaldacaq.

Tədbirdə həmçinin Nida üzvü Turqut Qəmbər də iştirak edib.

Ana səhifəXəbərlərNİDA nümayəndə heyəti ATƏT-in illik toplantısında iştirak edir